Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                 

Bakı Apellyasiya Məhkəməsinin hakimi barədə şok iddialar... - Qanunlar nədən bu halda işləmir?
Tarix: 20-10-2015, 09:01 | Çap et
Bakı Apellyasiya Məhkəməsinin hakimi barədə şok iddialar...
Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun atası Mustafa Murquzov 70-ci illərdə Ağstafa rayonunda müstəntiq işlədiyi dönəmlərdə həbs olunub. Bununla bağlı redaksiyamıza ətraflı məlumat verən Bakı şəhəri, Z.Xəliliov küçəsi, ev 35A, mənzil 28 ünvanında yaşayan Şəhla Şıxmirova bildirir ki, İlqar Murquzovun atası məhz rüşvət üstündə həbs olunub və 1 ilə yaxın həbsdə qaldıqdan sonra qardaşı, o zamanlar "Qalibiyyət bayrağı" adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Qasım Murquzovun və onun həyat yoldaşı, "Raysipolkom"da mühüm vəzifədə işləyən Ziba xanımın yardımları ilə azadlığa buraxılıb. Beləliklə, Xəqani Zahid oğlu Abbasovun "Yol hərəkəti haqqında" Qanunun tələblərini kobud surətdə pozaraq idarə etdiyi avtomobillə həyat yoldaşı İmran Şərafəddin oğlu Şıxmirovu vuraraq öldürdüyünü vurğulayan şikayətçinin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin hakiminin əmisinin övladı olmadığına görə, İlqar Murquzovu bir müddət Qasım Murquzov böyüdüb. Bundan başqa, Şəhla Şıxmirova qeyd edib ki, İlqar Murquzov xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışdığı dönəmlərdə onu Məleykə Abbaszadənin sədri olduğu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyətini yoxlamağa göndəriblər: "Yoxlama zamanı komissiyanın fəaliyyətində bir sıra problemlər aşkarlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İlqar Murquzova söz vermişdi ki, sən bu işi ağartma, açma, əvəzində mən sənə kömək edəcəm. İlqar Murquzovun Ziba adlı qızı Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir daha qeyd etmək istərdim ki, Bakı Apelyasiya Məhkəməsinin hakiminin qızı onun müstəntiq işlədiyi vaxtlarda Bakı Dövlət Universitetinə daxil olub. Bildiyim qədər İlqar Murquzovun qızı prokurorluq orqanlarında yaxşı işə düzəlib. Sadəcə hazırda analıq məzuniyyətində olduğu üçün işləmir. Bundan başqa, Zibanın həyat yoldaşını, yəni yeznəsini İlqar Murquzov Dövlət Neft Şirkətində çox gözəl vəzifəyə düzəldib". Özünün və himayəsində olduğu 13 yaşlı oğul övladının hüquqlarının Xətai Rayon Polis İdarəsinin müstəntiqi Vüsal Şahbazovun yol verdiyi nöqsanın ucbatından pozulduğunu, eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun buna əhəmiyyət vermədən ədalətsiz qərar çıxardığını deyən Şəhla Şıxmirova iddia edir ki, adıçəkilən hakimin oğlu yayda "009" nömrəli göy rəngli "Ferrari" markalı bahalı avtomobillə rayonda olub: "İlqar Murquzovun iki oğlu və bir qızı var. Onun oğlanları da Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitiriblər. Görəsən, Bakı Apelyasiya Məhkəməsinin hakimində olduqca baha qiymətə olan "Ferrari"ni almağa o boyda imkan hardandır?" Təbii, şikayətçi bu cür sual ünvanlamaqda tamamilə haqlıdır. Çünki hazırda Bakıda satışda olan ən ucuz "Ferrari"nin qiyməti nə az, nə çox düz 330 min manatdır. İlqar Murquzovun isə məhz hakim maaşı ilə oğluna bu cür avtomobil alması heç də inandırıcı görünmür. Çünki "Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinə (Hakimlərin maddi təminatı) əsasən Bakı Apelyasiya Məhkəməsinin hakimlərinə təxminən, 2 min manata yaxın vəzifə maaşı müəyyən edilib. İndi özünüz qərar verin: Ayda 2 min manat əməkhaqqı almaqla, ən ucuz modelinin qiyməti 330 min manat olan "Ferrari"ni almaq olar? Sözsüz, xeyr. O zaman burda nəsə başqa bir əmma var… Nədənsə Vüsal Şahbazov və İlqar Murquzov Şəhla Şıxmirovanın məsələdən kənarda qalmasına çalışıb Bu arada, ilkin istintaq, həmçinin məhkəmə tərəfindən zərərçəkmiş, mərhum həyat yoldaşı, qanuni nikahda olduğu İmran Şərafəddin oğlu Şıxmirovun varisi kimi tanınmadığını qeyd edən Şəhla Şıxmirova bildirir ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzov onunla qohum olmasına baxmayaraq, məhkəmə işinə çıxmaqdan imtina etməyib və sonda qeyri-obyektiv, qərəzli qərar qəbul edib. Bu isə birbaşa qanun pozuntusudur. Çünki İlqar Murquzov bu əməli ilə ailə başçısını itirmiş, 13 yaşlı övladı ilə faktiki olaraq sahibsiz qalmış tənha ananın konstitusion hüquqlarını ayaqlar altına alıb. Nəzərinizə çatdıraq ki, təhna analar cəmiyyətdə kişinin üzərinə düşən yükü belə, öz çiyinlərində daşıyaraq övladını böyütmək üçün bütün əziyyətlərə sinə gərən zərif cinsin nümayəndələridir. Onlar üçün həyatda ailə başçısı olaraq bütün məsuliyyəti öz üzərlərinə almaq nə qədər çətin olsa da, bu yükü daşımaq məcburiyyətindədirlər. Çünki onlar ailədə həm ananın, həm də atanın üzərinə düşən vəzifəni icra etməlidirlər. Həyat yoldaşı dünyasını dəyişən və nəticədə övladı ilə tək qalan qadınların bugünkü sosial durumu göstərir ki, onlar üçün təkbaşına yaşamaq heç də asan deyil. Belə ki, tənha analar ailəni dolandırmaq üçün bütün çətinliklərə dözərək, çiynini zərif cinsin nümayəndələrinin daşıya bilmədiyi yükün altına verir. Ekspertlər isə bu qənaətdədirlər ki, tənha analar, dul qadınlar bu gün cəmiyyətdə ən çox hüququ pozulan təbəqə hesab edilir. Məsələn, "Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, dul qalmış qadınlar vərəsəlikdən, əmlak və torpaq paylarından "könüllü" imtina etməli olur: "Ərləri öldükdən sonra onlara qarşı baş verən ayrı-şeçkilik, həyatlarını hədələyən amansız münasibətlər onları bu addımı atmaga vadar edir. Dul qadınların evdən qovulması, fiziki zorakılığa məruz qalması halları da var". O, qeyd edir ki, cəmiyyətdə dul qadınların hüquqlarının pozulması ilə əlaqədar cəzasızlıq adi hal olur və yalnız çox az bir hissəsi məsuliyyətə cəlb edilir: "Bəzən əri ölən qadınlar mirasdan məhrum edilərək ya evdən qovulur, yaxud da yaşadığı evdən onlara düşəcək paydan məhrum edilir". Hüquq məsələləri üzrə mütəxəssislər isə bildirirlər ki, vəfat edən şəxsin miras əmlakdakı payı birinci növbə vərəsə olaraq bu növbəyə daxil olan digər vərəsələr də vəsiyyətnamədə ayrı qayda müəyyən edilməyibsə, bərabərdir. Belə ki, birinci növbədəki vərəsələr miras qoyan şəxsin valideynləri, uşaqları daxil olduğu kimi, həyat yoldaşı da aiddir. Yəni əgər vəsiyyətnamədə ayrıca bir qayda yoxdursa, bərabər paya sahibdirlər. Sağ qalan ər və ya arvad ümumi paylı mülkiyyətdə olan miras əmlakına daxil olan əmlak hüquqları üzərində daha üstün hüquqlara malikdirlər. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ər və ya arvad, vəfat edən şəxsin - miras qoyanın valideynləri ilə birgə birinci dərəcəli mirasçılar sırasına daxildir və onlarla eyni hüquqlara malikdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Yəni miras qoyanın bütün əmlakı və öhdəlikləri miras əmlakıdır. Qadının miras qoyanla nikaha nə vaxt daxil olmasından, miras əmlakını nə zaman almasından asılı olmayaraq, miras qoyanın valideynləri ilə birgə miras əmlakından eyni paya və eyni hüquqlara malikdir. Miras qoyanın vəfat etdiyi tarixədək əldə etdiyi əmlakın hər hansı bir hissəsi birgə mülkiyyətə daxildirsə miras bölgüsü miras qoyanın birgə əmlakda sahib olduğu hissə üzərində aparılacaq. Əgər birgə əmlaka daxil olan hər hansı bir əmlak yoxdursa miras bölgüsü adi qaydada, yəni miras qoyanın bütün əmlakı hər bir vərəsəyə bərabər pay ayrılmaqla həyata keçiriləcək. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzov bilməlidir ki, əgər dünyasını dəyişən kişi övladsız olarsa, malının dörddə biri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır. Əgər dünyasını dəyişən kişinin həyat yoldaşından və ya başqa həyat yoldaşından övladı olarsa, malının səkkizdə biri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır. Dünyasını dəyişən ərin daşınan əmlakı həyat yoldaşına miras qalır. Ərinin torpaq sahəsi və onun qiyməti isə qadına miras qalmır. Qadının ərinə məxsus torpaq sahəsində inşa olunan ev ona miras qalmasa da, evin qiymətinin varisi ola bilər. Xülasə, bütün bunlar bir daha onu təsdiqləyir ki, Şəhla Şıxmirova ilə İmran Şərafəddin oğlu Şıxmirovun arasında rəsmi nikah və onların bu nikahdan 13 yaşlı övladları olduğundan, Şəhla Şıxmirova mərhum həyat yoldaşının qanuni mirasçısı, varisi hesab olunur. Elə buna görə də Xətai Rayon Polis İdarəsinin müstəntiqi Vüsal Şahbazov ilkin istintaq zamanı məhz Şəhla Şıxmirovanın mərhumun qanuni varisi olduğunu nəzərə alaraq, zərərçəkmiş kimi onu qeydə almalı idi. Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzov isə bu məqamı diqqətdən qaçırmamalı və tənha ananın xeyrinə qərar qəbul etməli idi. Lakin nədənsə Vüsal Şahbazov və İlqar Murquzov ciddi cəhdlə Şəhla Şıxmirovanın məsələdən kənarda qalmasına çalışıb. Maraqlıdır, görəsən niyə?.. Mövzu ilə əlaqədar yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Bəs Samir Bağırovun tamadalığı?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru