![Roza Zərgərlidən maraqlı layihə Roza Zərgərlidən maraqlı layihə](/uploads/posts/2016-04/1461301428_0001.jpg)
Müğənni Roza Zərgərli mərhum xalq artisti Habil Əliyevlə virtual duet hazırlayıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi məşhur türk mahnısı “Kemancı”nı yeni aranjimanda səsləndirib. H.Əliyevin oğlu Rəvan Habiloğlu R.Zərgərlinin ifasını çox bəyəndiyini deyib: "Roza Zərgərlinin bu ideyasını çox bəyəndim. Mahnını yüksək səviyyədə oxuyub. Bir çoxları bu türk mahnısını oxuyub. Amma bu versiyada olmamışdı. Gözəl ifaya görə ailəmin adından ona təşəkkür edirəm”.