"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                 

Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Tarix: Bu gün, 14:51 | Çap et
Öz “ayağına” güllə atan Rusiya
Rusiya mətbuatında, özəlliklə Kremlə yaxın KİV-lərdə Azərbaycan əleyhinə çirkin antitəbliğat kampaniyası səngimir. Son günlər bu ölkənin media məkanında ümumən postsovet türk dövlətləri vaxtaşırı hədəfə alınır, onların ünvanına şər-böhtan, təhdidlər yağdırılır. Təbii ki, əhalisinin mühüm hissəsi ruslar olan Qazaxıstan da tez-tez “yada” düşür.

Bu yöndə imperiya təfəkkürlü media resursu “Tsarqrad” xüsusi fərqlənir. İki gün öncə o, Tokayevin hakimiyyətini “rejim” adlandırarmış, Qazaxıstanın suverenliyi təhdid edən, növbəti hədələyici fikirlər səsləndirmişdi. Bəs Türk dövlətlərinin kontr-tədbirləri nə olmalıdır?

Qazax publisist Arman Şorayevə görə, türk xalqları rus təcavüzünə müqavimət göstərmək üçün birləşməlidir. Bu barədə o, Minval.az-a açıqlamasında bildirib.

“Biz çoxdan rus təbliğatçılarının və deputatlarının hücumlarına öyrəşmişik. Təəssüf ki, Rusiyanın çox sayda sakini rus şovinizminin və imperializminin təsiri altındadır, ondan qurtulmaq istəmir. Bu atavizmin (keçmişin lazımsız qalığı – red.) sonu gəlmir ki, gəlmir”, - Şorayev deyib.

O, bu cür materialın “Tsarqrad” resursunda dərc olunmasını təsadüfi saymır: “Çünki onun yaradıcısı Konstantin Malofeyev keçmiş imperiya üçün nostaljisi keçirən pravoslav oliqarx və monarxistdir. Amma necə deyərlər, imperiyanın süqutu yaxınlaşdıqca onun qaydaları və ayrı-ayrı şəxslərin bəyanatları bir o qədər absurd şəkil alır”.

Onun fikrincə, Rusiya siyasətçiləri heyrətamiz ardıcıllıqla öz ayaqlarına güllə atırlar. “Ona görə ki, Azərbaycan da Qazaxıstan kimi Rusiyaya qarşı kifayət qədər dözümlü yanaşan ölkə idi. Belə “siyasətçilər” və onların yöndəmsiz bəyanatları sayəsində rusofobiyanın səviyyəsi yüksəlir”, - ekspert vurğulayıb.

Anti-Azərbaycan kampaniyasına toxunan analitik bütün bunların Rusiya ilə “pis zarafat” edəcəyinə əmindir: “Düşünürəm ki, Putin qazana biləcəyindən on dəfə çox itirəcək. Ona görə ki, Rusiyaya həqiqi dost ölkələrin sayı getdikcə azalır. Belə getsə, onların Belarus, Şimali Koreya və İrandan başqa dostu qalmayacaq”.

Qazax publisist istənilən halda türk dövlətlərini vəziyyətdən zəruri nəticələr çıxarmağa və ifrata varmamağa çağırıb: “Hesab edirəm ki, biz, siz və digər türklər birləşmə haqqında bir daha düşünməliyik. Çünki biz birlikdə ortaq türk dili və adət-ənənələri ilə birləşmiş çoxmilyonlu xalqı təmsil edirik. Kollektiv təhlükəsizliklə bağlı ümumi müqavilələrimiz, ümumi ordumuz, qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərimiz olmalıdır. Biz birləşməliyik və bu, Rusiyanın təcavüzünə, onun hər şeyə rəğmən, postsovet məkanında təbliğ etməyə çalışan müstəmləkə və imperiya siyasətinə qarşı yeganə güclü antidot olacaq. Konkret qərarlar, konkret ittifaqlar, o cümlədən müdafiə xarakterli qurumlar vasitəsilə rusları illüziyalardan azad etmək lazımdır”...

Əlbəttə, özünün imperiya maraqları naminə dinbir, dilbir Ukrayna xalqına belə rəhm etməyən, qonşu slavyan dövlətinin başına oyunlar açan, müsibətlər gətirən, şəhərlərini alt-üst edən Rusiya digər postsovet ölkələrinə nə baxır. Moskvanı çəkindirən ciddi amillər, əngəllər olmasaydı, o çoxdan “Ukrayna eksperimenti”ni “yaxın xaric” saydığı başqa qonşular üzərində də sınaqdan çıxarardı.

Hələ Qazaxıstan Rusiyanın dominant olduğu KTMT-nin, Avrasiya İqtisadi Birliyinin, Gömrük İttifaqının sadiq üzvüdür, eyni qurumlarda təmsil olunmuş Ermənistandan fərqli olaraq Moskvaya qarşı hər hansı demarş etməyib...

Yeri gəlmişkən, məhz “velikorus” şovinizminin nəticəsidir ki, hətta Rusiyanın rəsmən müttəfiqi hesab olunan Ermənistan Azərbaycanla danışıqlarda Moskvanın vasitəçiliyini bir daha rədd edib.

“İrəvan çətin ki, Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik səylərini qəbul etsin”.

Bu sözləri bu gün Ermənistan parlamentin spikeri Alen Simonyan deyib.

“Məncə, bu, mümkün deyil. Əlbəttə, biz hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübələr çoxlu pis xatirələr saxlayıb”, - Simonyan əlavə edib.

Ermənistanın sülh müqaviləsi ilə bağlı “nala-mlxa” vurması öz yerində, ancaq aydındır ki, etibar edilməyən, öz qonşularının ərazi bütövlüyü və suverenliyinə barmaqarası baxan dövlətdən qərəzsiz vasitəçi çıxmaz. Bu təkcə Moskvaya yox, digər iddialı paytaxtlara da aiddir...

Təsadüfi deyil ki, prezident Putin başda olmaqla Moskva rəsmiləri N.Paşinyanın Qarabağı rəsmən Azərbaycanın tərkib hissəsi saymasını (6 oktyabr 2022, Praqa üçtərəfli sənədi) hələ də “həzm edə” bilmirlər. Ona görə yox ki, Kremlin ermənilərə ürəyi yanır, o səbəbdən ki, Moskvanın Güney Qafqazda “parçala, hökm sür” imperiya siyasətinə xidmət edən əsas rıçaqlardan biri – “Qarabağ kartı” əldən çıxıb.

Ancaq bu, bizim tandığımız Rusiyadırsa, türk dövlətləri şimaldan həmişə pislik gözləməlidir. Odur ki, bəlkə elə Türkiyə və Azərbaycanın moderatorluğu ilə “Türk NATO-su” və ya “Turan” hərbi birliyini inşa etmək zamanı çatıb?

Nə yaxşı ki, son vaxtlar bu yöndə, xüsusilə də Bakı, Ankara, Astana, Daşkənd və Bişkek arasında iki və çoxtərəfli formatda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi və hərbi-texniki əməkdaşlıq da xeyli genişlənib. Ortaq təlimlərin sayı artıb. Qalır prosesi məntiqi sonluğuna çatdırmaq. Çünki Moskvanın anlayacağı yeganə dil budur – GÜC...

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Bu gün, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Bu gün, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Bu gün, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Bu gün, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Bu gün, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Bu gün, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Bu gün, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Bu gün, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru