!["Həkimlər məni ölməyə qoymadılar" "Həkimlər məni ölməyə qoymadılar"](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739283674_888.png)
"Həkimlər məni ölməyə qoymadılar. Xəstəxanaya çox ağır vəziyyətdə gətirilmişdim".
Bu sözləri Teleqraf-a açıqlamasında insult keçirən Xalq artisti Fatma Mahmudova səhhətindən danışarkən deyib.
"Dördüncü həyatımı yaşayıram. Məni göydə Allah, yerdə həkimlər həyata qaytardılar. Bu müddətdə mənə fəaliyyət göstərdiyim Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, aparıcı Lalə Azərtaş və Hacı Asim çox dəstək oldular. Onlara təşəkkür edirəm. Sənət dostlarımdan isə aktyor Elməddin Cəfərov məni yalqız buraxmadı", - deyə o qeyd edib.
Xalq artistinin həkimi, nevroloq Vüqar Kərimov da Fatma Mahmudovanın səhhəti haqqında məlumat verib: "Fatma Mahmudovanın səhhəti yaxşılaşır. İnsult keçirdiyinə görə sol tərəfi işləmirdi. Sol ayağının hərkəti bərpa edildi. Sol qolunda isə hissiyat var. Uzunmüddətli fizioterapiya olunacaq. Bir-iki günə xəstəxanadan evə buraxılacaq. Müalicəsi ev şəraitində davam edəcək".
Qeyd edək ki, Fatma Mahmudova insult keçirərək ağır vəziyyətdə İstanbul NS Klinikasına yerləşdirilmişdi.