![İrina Dubtsova Anar üçün mahnı yazacaq İrina Dubtsova Anar üçün mahnı yazacaq](/uploads/posts/2017-04/thumbs/1491453181_0001.jpg)
DİA.AZ: - Rusiyalı məşhur müğənni-bəstəkar İrina Dubtsova pop star ANAR üçün mahnı hazırlayır.
DİA.AZ-a açıqlama verən ANARın PR Meneceri Elton Hacıyev bu barədə məlumatlı olduqlarını və mahnını səbirsizliklə gözlədiklərini söyləyib : “ANAR Dubtsovanın sənətini çox sevir. Mahnının ANARa yaraşacağına əminik”.
PR Menecer son vaxtlar bütün mahnılarını Rusiyada aranjeman etdirən ANARın gələcək planlarından da söhbət açıb: “Qarşıda görüləcək işlərimiz çoxdur. İndidən nə olacaqlarını desək, dadı-duzu qalmaz. Təkcə onu deyim ki, bu yaxınlarda pərəstişkarları ANARdan çoxlu sayda yenilik görəcəklər”.