!["Второе дыхание" ruslar tərəfindən sevildi "Второе дыхание" ruslar tərəfindən sevildi](/uploads/posts/2017-05/thumbs/1493783854_0001.jpg)
DİA.AZ: - Pop star ANAR rus mediasını lərzəyə gətirir.
DİA.AZ xəbər verir ki, gənc ulduz ANARın "Второе дыхание " adlı mahnıya çəkdirdiyi klipi bu gündən etibarən Rusiyanın əksər musiqi kanallarında və internet portallarında yayımlanmağa başlayıb.
"Второе дыхание " yeganə hit oldu ki, qardaş ölkənin nüfuzlu internet saytında da yerləşdirilib. Rusiyanın bütün musiqi kanallarında yerləşdirilən "Второе дыхание " mahnı ilk azərbaycan musiqisidir ki, özünə yer tapıb. Dünyaca məşhur Ello TV kanalında ANARın 2 klipi yayımlanır.
Rusiyanın əcnəbilər üçün yayım edən internet musiqi kanalları - Newsvideo.su, Allclips.org, Pressta.ru, Russian.avan360.com, Musecube.org, Yandex.ru və və digər saytlarda bu barədə geniş məlumat verilərək, ANARın klipi təqdim olunub.
Xatırladaq ki, " Второе дыхание" (İkinci nəfəs) adlanan mahnının söz və musiqi rusiyanın əksər sənətçilərinə mahnılar bəstələmiş hitmeyker Aleksandr Sokolova məxsusdur.
!["Второе дыхание" ruslar tərəfindən sevildi "Второе дыхание" ruslar tərəfindən sevildi](/uploads/posts/2017-05/thumbs/1493783935_01.jpg)
!["Второе дыхание" ruslar tərəfindən sevildi "Второе дыхание" ruslar tərəfindən sevildi](/uploads/posts/2017-05/thumbs/1493783875_02.jpg)
!["Второе дыхание" ruslar tərəfindən sevildi "Второе дыхание" ruslar tərəfindən sevildi](/uploads/posts/2017-05/thumbs/1493783847_03.jpg)