![Müğənni Azad üçün özəl gün. Müğənni Azad üçün özəl gün.](/uploads/posts/2017-05/thumbs/1494405513_0001.jpg)
DİA.AZ: - Bu gün müğənni Azad Seyidovun ad günüdür.
DİA.AZ xəbər verir ki, 29 yaşı tamam olan istedadlı müğənni təbriklərdən başını itirdiyini bildirib:
"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, aparıcılar, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım. Təəssüf, işlərimə görə, bu il doğum günümü təmtəraqlı keçirməyəcəm. Dostlarıma söz verirəm, gələn il maraqlı 30-illik yubiley yaşını keçirəcəm".
Qeyd edək ki, müğənni Azad Seyidovun qız övladı dünyaya gəlib.