![Mehriban və Fərhad “Mənim həyat yoldaşım”a klip çəkdirdi Mehriban və Fərhad “Mənim həyat yoldaşım”a klip çəkdirdi](/uploads/posts/2017-05/thumbs/1494476000_0001.jpg)
DİA.AZ: - Kübar səsli Mehriban Nurayla özünəməxsusluğu ilə seçilən Fərhad Əhlimanoğlunun birgə ifa etdiyi “Mənim həyat yoldaşım” adlı mahnı qısa zaman ərzində kifayət qədər dinləyici rəğbəti qazandı.
DİA.AZ-ın məlumatına görə, söz və musiqi Fərhad Əhlimanoğluna məxsus mahnı son günlərində artıq hit olmağa doğru gedir.
Müğənnilər bu yaxınlarda mahnıya klip çəkdiriblər. “Mənim həyat yoldaşım” ı bu gündən etibarən tamaşaçıların ixtiyarına verilib. Klipi rejissor Rauf Sahiboğlu lentə alıb.
Klip yalnız Fərhadın rəsmi youtube kanalında, “Fərhad Əhlimanoğlu”da təqdim olunub.
Bu da gözlənilən “Mənim həyat yoldaşım” klipi.