
DİA.AZ: - "Çox piardan qaçıram. Etdiyim işi göstərməyi sevirəm. Yeniliklərimlə gündəmə gəlmək istəyirəm. Dedi-qodu mənlik deyil".
Bu sözləri tanınmış rəqqasə Renka DİA.AZ-a açıqlamasında deyib. Rəqqasə qalmaqaldan uzaq olmağa çalışdığını söyləyib.
Renka sevgidən də danışıb. O bildirib ki, qəlbi boş deyil:
"Sevgisiz həyat çox çətindir. Bir insana aşiq ola bilərəm. Ürəyimə birini yerləşdirirəm, oranı qıfıllayıram. Qıfılı son nəfəsimə qədər bağlayıram. Açarın heç kim tapa bilməz, çətindir".