
DİA.AZ: - Azərbaycanlı müğənni Aygün Məmmədli söz və musiqisi Gülnar Sultanova məxsus "Yar - Yar" mahnısına çəkdirdiyi klipini təqdim edib.
DİA.AZ xəbər verir ki, rejissor Nail Naiboğlu tərəfindən Bakıda və Xızıda ekranlaşdırılan klip iki gün çəkilib. Klipdə türkiyəli sənətçisi Demet Akalını xatırladan Aygünün tərəf müqabili 2 model olub.
Qeyd edək ki, müğənni Aygün Məmmədlinin klipi türkiyənin ən məşhur simalarının kliplərinin yayımlandığı "Netd Music World"da nümayiş olunub.


