
DİA.AZ: - Xəbər verdiyimiz kimi sentyabrın 22-si xalq artisti Aygün Kazımova "Baku Crystal Hall"da möhtəşəm konsert proqramı ilə çıxış edib.
DİA.AZ xəbər verir ki, Michael Jackson, Diana Ross kimi dünya ulduzları ilə işləmiş rejissor-xoreograf Redha Benteifour Aygün Kazımovanın konsert görüntülərini sosial media hesabında paylaşaraq bu sözləri yazaraq Aygünü təriflədi:
"Hamınıza təşəkkürlər, sizin sayənizdə baş tutdu, Kristal Hallun altını üstünə çevirdiniz (yaxşı mənədə). Aygün Kazımova sən divasan. Sən əsl divasan".
