
DİA.AZ: - İstedadlı rəssam və dizayner Səadət 14 fevralı xüsusi olaraq qeyd edib.
DİA.AZ-ın məlumatına görə, Səadət gül atəşinə tutulub. Rəssam və dizayner gülləri kimdən aldığını gizli saxlayıb. Bu gülləri Səadətə kim göndərir? Yoxsa cazibədar rəssamın sevgilisi var?
Rəssam Səadət suallarımızı cavablandırdı:
“Üzüm gülürsə, demək ki, həyatımda kimsə var. Hər şey əladır. Sevgimlə çox xoşbəxtəm. Allah bütün xanımlarımızı xoşbəxt etsin. Nə yaxşı ki, o var həyatımda”.
