
DİA.AZ: - "Paxıllıq edən insan özünə ziyan verir. Bütün müsbət enerjisi gedir, yerinə mənfi gəlir. Kiminsə yaxşı işinə, qalibiyyətinə, uğuruna həsəd aparmaq lazımdır, paxıllıq etmək yox".
Bu sözləri DİA.AZ-a açıqlamasında istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev deyib. Elton əksər rəqqasələrin tanınmış rəqqasə Renkanın paxıllığını çəkdiyini bildirib:
"Renkaya həsəd aparan çoxdur. Bunu da çəkinmədən orda - burda deyirlər. Bu normaldır. Renkanın paxıllığını çəkənlər də az deyil. Bu hisslərdən o uzaqdır. Heç kimin paxıllığını çəkmir. Çünki bu, insanı qabağa getməyə qoymur. "Tovuz quşu" libası məsələsində əksər rəqqasələr Renkaya paxıllıq etdi. Bunu da açıq-aşkar büruzə verirdilər".