
DİA.AZ: - Öz dəst-xətti ilə seçilən "YES MODA EVİ"nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın Moskvada yeni moda kolleksiyası nümayiş etdiriləcək.
Bu barədə DİA.AZ-a məlumat verən modelyer bildirib ki, nümayiş martın 10 - 11-də olacaq. Modelyerin sözlərinə görə, bu barədə təklif Moskvadan gəlib. "Moskva Fashion Week" MFW moda sərgisində nümayiş olunacaq kolleksiyadakı bütün geyimlərin parçasını da onun özü yaradıb.
