
DİA.AZ: - Müğənni-bəstəkar və aparıcı Murad Arif xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb.
DİA.AZ-ın məlumatına görə, “Atv maqazin 10larla” verilişinin “Hit parad” rubrikasına qonaq M.Arif şou biznesin divasını sənət zirvəsi adlandırıb:
"Azərbaycan pop mədəniyyətinin əlçatmaz zirvəsi, kimsə də çalışmasın çatmağa. Aygün himalay, şahdağ belə bir şeydir. Bu insanın 2017-ci ildə qayıdışına uşaq kimi sevindim, çünki o qayıdırsa, bizdə qaynıyırıq. Bizdə də nə isə baş verir, sektor dirçəlir, bu fakt. "SUS" çıxartdı, partladı. "Crystal Hall"da konsert etdi, partladı".