Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                 

ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Tarix: Bu gün, 09:00 | Çap et
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır?
Ağ Evdə ikinci prezidentliyinə başlayan Donald Tramp Ukraynanı Rusiya qarşısında təslimçiliyə çağırır. Bu isə bir faktı ortaya çıxardı: Qərb dünyasına arxalananlar sonunda arxasız qalır. 2008-ci ildə də bunu gördük. Rusiya Gürcüstan ərazisinə girib Abxaziya və Cənubi Osetiyanı işğal etdi və orada qondarma rejimlər yaratdı. O zaman Gürcüstan prezidenti olan Mixail Saakaşvili Qərbə arxalanırdı.

Sonunda rus qoşunlarını Tiflisin 25 kilometrliyində görəndə “bu xəmir hələ çox su aparacaq” dedi. Bunun üstündən 6 il keçdi və bu dəfə rus qoşunları Ukrayna ərazilərində göründü və Krımı ilhaq etdi. Bu azmış kimi, Donbasın bir hissəsini ələ keçirdi, Donetsk və Luqansk kimi separatçı bölgələr yaratdı. O zaman da Qərb bu işğallara göz yumdu və əslində bugünkü Ukraynanın faciəli gələcəyini 11 il öncə müəyyən etdi. İndi də eyni ssenari yaşanır, Zelenski nümunəsində biri Ukraynada taxta çıxarıldı və ona böyük vədlər verildi. Bəs Qərb niyə müdafiə etdiklərini sonda tək buraxır?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, dünyada gedən son proseslər Qərbi yenidən gözdən keçirmək ehtiyacını aktuallaşdırır: “Qərb dedikdə biz iki qismi anlayırıq, ABŞ və Qərbi Avropa dövlətlərini. Bunların hər ikisində daxili demokratiya institutları, iqtisadi rifah, hüquq sisteminin inkişaf tarixi var. Amma eynilə tarixin qədim qatlarında inkivizisiya, seqreqasiya, XX əsrdə xolokost da vardır. Lakin bunlar bir tarixi keçmişdir. Amma burada mövzu öz daxili demokratiyasını Qərbin həqiqətənmi dünyanın digər yerlərində görmək istəyib-istəməməsidir. Qərb Şərqi Avropada, Asiyada, Yaxın Şərq və digər bölgələrdə həqiqətənmi demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafını istəyir, yoxsa burada olan ölkələrə keçici geosiyasi maraq kimi baxır, Rusiya ilə, Çinlə, özünə kommunizmdən sonra real təhlükə hesab etdiyi radikal adlandırdığı İslamla mübarizə vasitəsi kimi baxır. Maraqlısı odur ki, demokratik dəyərlərin aliliyini bəyan edən Qərbin Yaxın Şərqdə və Asiyanın bir sıra bölgələrində əsas müttəfiqləri heç də demokratik olmayan sistemlər olub. Misal üçün, götürək Birmada Rohinya müsəlmanlarına qarşı genosid edən hərbi güruhu, Qərbin bir sıra dövlətləri ilə sıx əlaqələri olub. Ərəb dünyasında demokratiya ilə yaxından uzaqdan bağlılığı olmayan rejimlərin də Qərblə babat əlaqələri var. Mən demirəm ki, Qərbin öz daxilində demokratik institutlar işləmir. Bunu demək doğru olmaz. Mən deyirəm ki, Qərb üçün digər ölkələr həqiqətən demokratiyanın bərqərar edilməsi məkanları yox, geosiyasi maraqların gerçəkləşməsi məkanlarıdır. İki misal verəcəm. Birincisi, Gürcüstandır. Gürcüstanda hakimiyyət dəyişikliyi məhz Qərbin dəstəyi ilə baş verdi, sonra Qərbin dəstəyinə yenə arxayın olan Gürcüstan öz torpaqlarını azad etmək istədi. Zamanın düzgün seçilməməsi və ən əsası müttəfiqinə aşırı güvənc hissi Rusiyanın müdaxiləsi ilə nəticələndi. Rusiya ilə uzun müddətli konfrantasiya Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərdi və təhlükəsizliyinə ziyan vurdu. Qərbin dəstəyi isə bəyanatlardan o tərəfə getmədi. Nəticədə Gürcüstan real politik anlayışla Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün hərəkətə keçdi, bu zaman da Qərbin təhdidləri ilə üz-üzə qaldı. Həmin Qərb ki, onu nə Avropa İttifaqına, nə də NATO-ya qəbul edəsi də deyildi. Etməzdi də. İkinci misal Ukrayna. Ukraynada separatçılıq başlayanda və həmin qüvvələr Rusiya ilə əlaqəli olmalarına baxmayaraq Zelenskidən öncəki hakimiyyətlər bir qədər balanslı hərəkət etməyə çalışırdılar. Çünki bilirdilər ki, ortada bir Gürcüstan nümunəsi var. Arxasında real dəstək olmadığı üçün ortada yalnız buraxılan Gürcüstan. Ancaq cənab Zelenskinin hakimiyyətə gəlməsi ilə məsələlərə münasibət dəyişdi. Qərb Ukraynanı daha sərt ritorikaya təşviq elədi. Bu da ona gətirib çıxardı ki, Ukrayna ərazisinin demək olar ki, 30 faizi Rusiyanın nəzarətindədir. Müharibə başlayanda bizdə də bəzi "analitiklər" qələbə nərələri dilə gətirirdilər. Ukrayna qalib gələcək deyirdilər. Mən isə öz tərəfimdən elə ilk gündən bildirirdim ki, Ukrayna ortada tək buraxılacaq, onun iqtisadiyyatı Qərbin nəzarətinə keçəcək. Bu gün ABŞ-ın yeni prezidenti cənab Tramp Ukraynadan belə bir müqavilənin imzalanmasına israr edir. Gec və ya tez Ukrayna tam da olmasa, qismən öz sərvətlərinin Qərbə, konkret olaraq ABŞ-a verilməsinə razılıq verəcək. Bu hansı faizdə olacaq, o başqa məsələdir".

Siyasi şərhçi bir vacib məsələni də vurğuladı: “Zaman keçdikdə Azərbaycanın illərdir reallaşdırdığı balans siyasətinin həqiqətən önəmli olduğu üzə çıxır. Dünyada və regionda gedən proseslərin dinamikasını izləyib taktiki reaksiyalar vermək. Azərbaycan xarici siyasətində birinci dərəcəli müttəfiqi olaraq Türkiyəni bəyan edir. Amma bununla belə, digər tərəfdaşlarla da işləyir. Nə üçün? Çünki dövlətlərin maraqları var. Ən başlıca maraq mövcudluğunu davam etdirmək, daha sonra ərazisini qorumaq, əhalisinin təhlükəsizliyini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, hansısa bir dövlətə və ya təşkilata duyğu yükü ilə bağlanmaq, ona tam bu mənada güvənmək dövlət ağlının edəcəyi iş deyil. Azərbaycan bu gün Qərblə bu və ya digər şəkildə əməkdaşlıq edir, hətta ABŞ-ın yeni hakimiyyətinin Baydenin Azərbaycana yönəlmiş səhvləri buraxmayacağına ümidlərini ifadə edir. Amma bununla belə, hakim olan düşüncəmiz odur ki, Azərbaycanın maraqları üçün daimi manevr etmək lazımdır. Qərbə güvənmək isə xüsusilə məntiqli deyil. Ortada Ukrayna nümunəsi var ikən...”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru