Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                 

Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Tarix: Bu gün, 08:33 | Çap et
Vətəndaşın borcu borcdur: öləndə də alırlar...
2025-ci ilin yanvar ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 158 260 nəfər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata əsasən, onların 33,3 faizini kişilər, 66,7 faizini isə qadınlar təşkil edib. Bir il əvvəl isə yaşa görə müavinət alanların sayı 145 min nəfər civarındaydı.

Nazirliyin digər məlumatına əsasən, 2024-cü ilin yanvar ayında yaşa görə pensiya alanların sayı 708 min nəfərdən çox olub. Onların 42,1 faizini kişilər, 57,9 faizini isə qadınlar təşkil edib. 2024-cü ilin sonuna doğru yaşa görə əmək pensiyası alanların sayında azalma qeydə alınıb - oktyabr ayında onların sayı 706,9 min nəfər təşkil edib.

Beləliklə, rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanda pensiya yaşına çatan, lakin sosial hesabındakı kapitalı minimum məbləğdə də olsa pensiya almağa yetməyən insanların sayı sürətlə artır. Bunun bir səbəbi əmək haqlarının bir çox hallarda işəgötürənlərin xərclərini azaltmaq məqsədilə aşağı - əsasən minimum əmək haqqı səviyyəsində təsdiqlənməsidirsə, digər səbəbi də qeyri-leqal işçi sayının çox olmasıdır. Bu isə ölkədə kölgə iqtisadiyyatının payının dünya ortalamasından dəfələrlə yüksək olaraq qalmasından qaynaqlanır. İqtisadçı-ekspert Natiq Cəfərlinin hesablamalarına əsasən, Azərbaycanda 1.3 milyon nəfərdən çox əmək qabiliyyətli insanın harada işlədiyi rəsmi statistikada əksini tapmır: “Rəsmi məlumatda deyilir ki, yanvarda iqtisadi fəal əhalinin sayı 5 milyon 312.6 min nəfər olub, onlardan 5 milyon 29.9 min nəfəri məşğul əhalidir. Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında qanuna əsasən muzdla işləyən, o cümlədən tam və ya natamam iş vaxtı şəraitində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, əmək iqtidarsızlığı, məzuniyyət, ixtisasartırma, tətil və ya başqa səbəblər üzündən istehsalatın dayanması ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar, özünü işlə müstəqil əmin edənlər, o cümlədən sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin fermerlər və onların istehsalda iştirak edən ailə üzvləri məşğul əhalidir. Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1 milyon 778.5 min nəfər olub; Ölkədə VÖEN-lə çalışan 700-800 min işçi var, tutalım, onların hamısı aktivdir; Pay torpağı olanların hamısına, onların ailə üzvlətinə ölkədə "fermer" deyib rəsmiləşdirirlər - onların sayı da, təqribən 1 milyon 400 min nəfərdir. Bu isə o deməkdir ki, ən yuxarısı 4 milyon nəfər işləyən-məşğul əhali var. Belə çıxır ki, 1 milyon 300 min nəfər ya işsizdir, ya da qeydiyyatsız işləyir".

Qeydiyyatsız işləyənlərin, həmçinin əməkhaqqı minimum qeydə alınanların sayının yüksək olması orta və uzunmüddətli dövrdə pensiya yaşına çatıb əmək pensiyası almayan insanların sayının sürətlə artmasını şərtləndirəcək. Bu isə əhalinin ehtiyaclı təbəqəsinin artması deməkdir. Bu problemin qarşısının alınması üçün özəl pensiya fondlarının yaradılması əsas yollardan biri hesab olunur. Qeydiyyatsız işləyən, yaxud əməkhaqqı aşağı qeydə alınan, həmçinin kənd təsərrüfatında məşğul kimi rəsmiləşsə də, sosial sığorta hesabına hər hansı ödəniş olmayan vətəndaşlar belə fondlara öz imkanları hesabın ödəniş etməklə ahıl vaxtları üçün təhlükəsizlik yastığı formalaşdıra bilərlər.

Azərbaycanda uzun illərdən sonra özəl pensiya fondunun yaradılması istiqamətində addımlar atılmağa başlanıb. Ötən ilin dekabrında verilən açıqlamadan aydın oldu ki, artıq ƏƏSMN tərəfindən “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub. Müvafiq qurumlarla müzakirələr nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Azərbaycan Mərkəzin Bankından verilən açıqlamada qeyd edilir ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.

AMB-dən bildirildiyinə görə, bu istiqamətdə ƏƏSMN-in rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılıb və ilkin qanunvericilik layihələri hazırlanıb. Xüsusilə Rumıniya, Polşa, Fransa, Xorvatiya və Türkiyə kimi ölkələrin təcrübəsi öyrənilərək, qanun layihələrinin müasir və effektiv mexanizmlərə əsaslanması təmin olunub: “Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır”, - cavabda deyilir.

AMB-də hesab edilir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər: “Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Ümumiyyətlə, Mərkəzi Bank sığorta sektorunun inkişaf etdirilməsi, sektorun maliyyə sabitliyinin təmin edilməsi istiqamətində bir çox işlər icra etməkdədir”. Eyni zamanda sığorta sektorunun inkişafı üçün Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər həyata keçirilir.

AMB qeyd edir ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur: “Şəffaflıq və maliyyə sabitliyini təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək. Diqər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır”.

Dünya təcrübəsindən çıxış etsək, özəl pensiya fonduna toplanan vəsaiti vətəndaş müqavilədə nəzərdə tutulan minimum ödəniş müddətindən sonra götürmək imkanı əldə edəcək. İstəyərsə, 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Vətəndaş rəhmətə getdiyi təqdirdə, onun varisi(ləri) toplanan vəsaiti ala biləcək. Hansı ki, bu, hazırda tətbiq olunan pensiya mexanizmində əksini tapmayıb.

Belə bir mexanizmin həyat sığortası şirkətlərinin iştirakı ilə qurulması ehtimalı yüksək qiymətləndirilir. Bu, baş verərsə, əlavə fondların yaradılmasına ehtiyac qalmayacaq - sığorta şirkətləri özləri bu funksiyanı icra edəcəklər. Son illərdə həyatın yaşam sığortasında qeydə alınan yüksəliş göstərir ki, dövlətin stimullaşdırıcı dəstəyi ilə özəl pensiya sisteminin də inkişafına nail olmaq mümkündür. Hətta prosesi özəl pensiya sistemi qoymadan, hazırda Azərbaycan qanunvericiliyində mövcud olan bir mexanizmin tətbiqi buna imkan verər. Belə ki, dünyada işləyən şəxslər üçün annuitet sığorta adlı əlverişli sığorta növü tətbiq olunur. Adətən bu sığorta növündən orta yaşlı insanlar daha çox istifadə edirlər. Mahiyyəti budur ki, insan sığorta şirkətinə həyat sığortası ilə bağlı birdəfəlik və ya hissəli şəkildə məbləğ ödəyir və daha sonra sığortaçı mütəmadi olaraq sığortalıya ödənişlər edir. Bu ödənişlər həmin şəxsə bir neçə il ərzində, hətta müddətsiz şəkildə, yəni vəfat edənə qədər ödənilə bilər. Belə müqavilələr işçilər, işəgötürən şirkət və sığorta şirkətləri arasında da imzalana bilər Bu zaman işəgötürən - yəni iş yeri hər ay işçinin əməkhaqqından müvafiq sığorta haqqını sığorta şirkətinə köçürür. Həmin işçi öz əmək qabiliyyətini itirərsə, ona sığorta ödənişi edilir. Annuitet sığortada ödənişlər birdəfəlik deyil, periodik və əksər hallarda aylıq olur. Sığorta şirkəti məbləği işəgötürən şirkətin hesabına keçirir və işçi hər ay keçmiş iş yerindən sığorta müavinəti alır. Əgər sığortalı vəfat edərsə, onda müavinətləri onun ailə üzvləri və ya varisləri əldə edir. Əgər vəfat edən şəxsin heç bir ailə üzvü və ya varisi yoxdursa, onda sığorta müavinətləri yalnız dəfn xərclərini qarşılamaq üçün ayrılır.

XalqHəyat sığorta şirkətinin satış idarəsinin müdiri Şəhriyar Məcidovun sözlərinə görə, Azərbaycanda da annuitet sığorta növü qanunvericilikdə nəzərdə tutulur: “Bu növ sığorta qanunda nəzərdə tutulub, lakin hələ satışa çıxarılmayıb. Vaxtilə Sovet dövründə bunu tətbiq edirdilər. Adətən valideynlər övladları üçün edirdilər bunu. İndi Avropada, Türkiyədə geniş tətbiq olunur. Türkiyədə buna əməkli sığortası deyirlər. Bizdə gözləyirik ki, bu məhsuldan nə vaxt istifadə edə biləcəyik. Fikrimcə, tətbiq edilsə, ona maraq yüksək olacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru