
DİA.AZ: - Əməkdar artist Röya Ayxan dünən “Sevgindən bəhs et” mahnısını təqdim edib.
DİA.AZ-ın məlumatına görə, bununla da 1 gün ərzində sənətçinin “Sevgindən bəhs et” mahnısını bir gün ərzində 100 mindən çox insan izləyib, 1000-dən çox şərh gəlib.
Son zamanlar yerli müğənillərin rəsmi “Youtube” səhifəsində mahnılarının az dinlənməsi və aylarla 10 min baxış yığmaması fonunda, əməkdar artisdir bunu 1 gün ərzində etməsi bir faktdır.
Mahnı hətta “Youtube” kanalında trend olan videolar sırasında 1-ci sıraya yüksəlib.
Qeyd edək ki, “Sevgindən bəhs et” adlı bəstənin sözləri və musiqisi Zülfi Bədəlova məxsusdur. Mahnının aranjiman işi Elvin Musayevə həvalə olunub.