
Cənubi Qafqaz regionunda eskalasiya təhlükəsi, əlbəttə ki, var.
Axar.az xəbər verir ki, bu sözləri MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, rusiyalı politoloq Sergey Markedonov erməni mediasına deyib.
Ermənipərəst politoloq bunu sülh sazişinin imzalanmaması ilə əlaqələndirib:
“Nə qədər ki sülh sazişi imzalanmayıb, eskalasiya riski hər zaman var. Bu, silahın atəş açacağı faktı deyil, amma o doludur və divardan asılıb”.
Onun fikrincə, Moskva və Vaşinqton arasında əlaqələr regionda konstruktivlik şansını atrırır:
“Böyük dövlətlər arasında qarşıdurmadan orta və kiçik dövlətlər istifadə etmədikdə, risklər azalır”.