
Ermənistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrində yay hərbi xidmətə çağırış və tərxisetmə müddətləri ilə bağlı hökumətin qərar layihəsini dərc edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sənədə əsasən, müddətli hərbi xidmətə yay çağırışı aprelin 14-dən iyulun 31-dək aparılacaq, lakin çağırışçılar hərbi hissələrə iyunun 23-dən iyulun 31-dək göndəriləcəklər.
Eyni zamanda, iki il xidmət etmiş çağırışçıların tərxis olunması da həyata keçiriləcək.
Ermənistanda qış çağırışı 2024-cü il noyabrın 25-dən 2025-ci il yanvarın 31-dək aparılıb, çağırışçıların orduya göndərilməsi isə yanvarın 7-dən başlayıb.