
DİA.AZ: - “X Factor” yarışmasında səsi ilə münsifləri heyran qoyan həmyerlimiz xarizmatik müğənni Cəmil son günlər sosial şəbəkədə paylaşdığı qeyri-adi fotoların səbəbini açıqlayıb.
DİA.AZ-ın məlumatına görə, ifaçı bildirib ki, şəkillər onun yeni layihənin çəkilişi zamanı lentə alınıb. Cəmil eyni zamanda hələ Azərbaycan şou-biznesində belə bir layihə olmadığını iddia edib:
“Özümdən razı olduğum üçün deyil, gördüyüm işlərin keyfiyyətinə güvənərək, əminliklə deyə bilərəm ki, bu formatda yerli şou-biznesdə beləsi olmayıb, ilk layihə gəlir. Hazırsınız? Sizcə bu dəfə sizi nə kimi layihələr gözləyir?”.