
DİA.AZ: - Xəbər verdiyimiz kimi, müğənni Damla “Sevmişdim” mahnısı və eyniadlı klipi təqdim edib.
DİA.AZ-ın məlumatına görə, bununla da bir həftə ərzində ifaçının “Sevmişdim” mahnısını 1 milyon çox insan izləyib, 4000-dən çox şərh gəlib.
Klip hətta “Youtube” kanalında trend olan videolar sırasında 1-ci sıraya yüksəlib.
Qeyd edək ki, "Sevmişdim" adlanan bəstənin müəllifi İlkin Həsən, klipin rejissoru isə Dlee Orucludur.