
DİA.AZ: - Xalq artisti Röya Ayxan həmkarı Zamiq Hüseynovla birlikdə səsləndirdiyi “Orada biri var” mahnısını bu dəfə tək ifa edib.
DİA.AZ xəbər verir ki, sənətçinin bu mahnısına çəkilən video-çarx artıq sosial şəbəkələrdə yayılıb.
Sözügedən bəstənin sözləri Leyli Erol İsrafilovaya, musiqisi və aranjimanı isə Hakan Erola məxsusdur.
Qeyd edək ki, "Orada biri var"ı ilk dəfə Zamiq Hüseynov oxuyub.