Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                 

Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 09:16 | Çap et
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya...
“ABŞ Cənubi Qafqazı Rusiyaya verəcək, amma müəyyən razılaşmalarla. Amerika Moskvanın Güney Qafqazda dominant mövqeyini tanıyacaq. Əvəzində Suriya və Fələstinin problemlərini həll edəcək”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan deyib.

“Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir. İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı imperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq. Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”, - Akopyan bildirirb. Lakin bu qəbil iddialar nə dərəcədə əsaslıdır, yoxsa bu, sırf erməni arzusudur? Doğrudanmı ABŞ Cənubi Qafqazı Rusiyaya “güzəştə” gedəcək?

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə “Əl-Cəzirə ərəb” telekanalına müsahibəsində deyib ki, Avropanın Ukraynadakı siyasi və hərbi metodları faydasız olub. “Avropa ABŞ-ilə birlikdə Ukraynaya qarşı hərbi plan hazırlamışdı. İndi Amerikanın yoxluğunda məlum olur ki, Avropanın istər siyasi, istərsə də bütün hərbi üsulları və imkanları birdən-birə faydasız olub”, - nazir qeyd edib. Onun sözlərinə görə, Avropa təhlükəsizlik sisteminin əsasları artıq sarsılıb. Bəs bu sarsılma Cənub Qafqaza, Azərbaycana necə təsirə bilər? Nəticə etibarilə Rusiyanın regionda əl-qolunun açılması mümkündürmü? Bəzi analitiklərin fikrincə, Ukrayna cəbhəsindən başı açılacaq Rusiya artıq əvvəlki olmayacaq. Onun iqtisadi doktrina ilə regiona qayıdacağı proqnozlaşdırılır. Çünki hərbi doktrina işə yaramır. Əvvəla, Rusiyanın Ukrayna burnu ovulub. İkincisi, sanksiyalar səbəbindən Cənubi Qafqaz ölkələrinə ehtiyacı artıb. Eyni zamanda, Rusiya artıq döyüşmək istəmir. Üstəlik, regionun üç ölkəsi tək deyil. Azərbaycanın müttəfiqləri var, elə Ermənistan da Fransa və ABŞ-nin siyasi-hərbi dəstəyini qazanmaqdadır, Gürcüstanda isə iqtidar Moskva ilə dil tapmağa çalışır deyə burada Kremlin istəkləri müəyyən mənada reallaşıb. O baxımdan, ABŞ Cənubi Qafqazı Rusiyaya yenidən həvalə edərsə, hansı konfiqurasiya dəyişikliyi baş verəcək? Ümumiyyətlə, Qərb bölgəni Rusiyaya təhvil verərmi?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, regionun təhvil-təslim məsələsi gündəmdə yoxdur və reallaşması da nonsensdir. Deputat qeyd etdi ki, ayrı-ayrı güclü dövlətlər Cənubi Qafqaz ölkələrinə köməklik edir. “Güney Qafqaz ölkələri müstəqilliyində xeyli irəli gediblər, təcrübə qazanıblar, müxtəlif dövlətlərlə ikitərəfli münasibətlər qura biliblər. Bu mənada, onların tamamilə Rusiyanın peykinə yaxınlaşması gözlənilmir. Ona görə burada alqı-satqı məsələsi yoxdur”.

R.Nurullayev vurğuladı ki, məsələn, Azərbaycan öz ayaqları üstündə dayana bilən bir dövlətdir: “Rəsmi Bakı dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq, strateji tərəfdaşlıq əlaqələri qurur, müdafiəçilərimiz də az deyil. Həmçinin Ermənistanın Rusiyadan asılılığı çox olsa da, artıq İrəvanın da Moskvanın sözü ilə oturub-durması dövrü deyil. Bilirsiniz, ölkələr və xalqlar oyanıblar, o dönəm deyil. Avropanın da Gürcüstandan imtina etməsi gözlənilmir. Sadəcə, hazırkı gürcü iqtidarı müasir reallığı dəyərləndirməklə Rusiya ilə qarşıdurmaya getmədi. Bunu da düzgün qərar sayıram”.

Deputat istisna etmir ki, region uğrunda rəqabətdə böyük güclərin mövqelərin müəyyən zəifləmələr müşahidə edilsin, amma Cənubi Qafqaz yenidən Rusiyanın orbitinə qayıtmayacaq: “Kreml SSRİ-nin yeni modelini qurmaq istəyə bilər, hərçənd bunu daha çox MDB formatında, yaxud hansısa platformalarla həyata keçirməyə çalışacaq, yəni birmənalı şəkildə postsovet məkanını öz ağuşuna alması mümkün deyil”.

Siyasi ekspert Züriyə Qarayeva isə əlavə etdi ki, Avropa Birliyinə qarşı Trampın cəbhə açması Rusiyanın Cənubi Qafqazda əl-qolunu genişləndirməsinə səbəb ola bilər. Onun sözlərinə görə, Moskva kollektiv Qərbdə çoxdan gözlədiyi parçalanmanın dərinləşəcəyinə ümid edir və hazırkı Ağ Ev rəhbərliyinin addımlarından bir qədər həvəslənib: “ABŞ-Rusiya arasında dialoq Moskvada stimul yaradıb ki, bölgədə dominantlığı ələ alacaq. Ancaq düşünmürəm ki, Rusiya Cənubi Qafqazda təkhakimliyə nail ola bilsin. Baxmayaraq ki, Kreml bura özünün ”arxa bağçası" kimi baxır, amma indi regionda onunla strateji rəqabət aparan ölkələr var. Bu da onun əvvəlki hegemonluğunu həyata keçirməyə çətinlik yaradır".

Z.Qarayeva xatırlatdı ki, qardaş Türkiyə Cənubi Qafqazdadır və Azərbaycanla yanaşı Gürcüstanla çox yaxşı əlaqələri var, Ermənistanla da normallaşma prosesi getməkdədir: “Ankaranın bölgədə hərbi-siyasi təsirləri göz qabağındadır. Rusiya da onun buradakı varlığı ilə hesablaşmaq məcburiyyətində qalıb. Düşünmürəm ki, Türkiyə regionu tərk etsin. Necə ki, Suriyadan belə rusları çıxardılar. Digər faktor Fransanın və Avropa Birliyinin, eləcə də ABŞ-nin Ermənistan üzərindən regiona daxil olmasıdır. Bu güc mərkəzləri də Rusiyanın Cənubi Qafqazda güclənməsinə, təsirlərinin artmasına qarşıdırlar. Ona görə də postmüharibə dövründə Rusiyanın region dövlətləri ilə əlaqələri daha çox logistika, nəqliyyat kommunikasiyaları müstəvisində olacaq”.

Rusiyalı türkoloq Viktor Nadein-Rayevski isə erməni mediasına müsahibəsində XİN başçısı Sergey Lavrovun məşvərətçi platformanın daha strukturlaşdırılmış quruma çevrilməsi istəyinin səbəbləri haqda danışarkən maraqlı fikirlər səsləndirib.

Onun sözlərinə görə, “3+3" məşvərətçi formatı uzun müddətdir fəaliyyət göstərir, lakin diqqəti çəkən odur ki, Türkiyənin regionda təsirini bölüşmək istəyi səmimi deyil. Sitat: ”Ona görə də Türkiyə təşəbbüskarlardan biri (əsas təşəbbüs Azərbaycanındır - red.) olsa da, Türkiyə burada iştirak etsə də, regional birqütblü təsir iddiasındadır və buna səbəb son illərdə bir sıra hadisələrlə əlaqədar Türkiyənin regionda təsirinin artmasıdır". Türkoloq hesab edir ki, bu tendensiyaları dərk edən İran və Rusiya Türkiyəni regional maraqların nəzərə alınacağı və birləşdiriləcəyi, gələcək problemlərin qarşısını almaq üçün bütün məsələlərin müzakirə oluna biləcəyi bir platformaya gətirməyə çalışır: “Rusiyanın marağının digər səbəbi isə İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazda mövqelərinin böyük bir hissəsini itirməsi, Ermənistan və Azərbaycanla münasibətlərinin korlanması, həmçinin Gürcüstanla heç bir əlaqənin olmamasıdır. Buna görə də bu platformada olmaq Rusiyaya özünü regional güc kimi nümayiş etdirmək imkanı verir”, - o vurğulayıb. Nadein-Rayevskinin sözlərinə görə, bu platforma Türkiyəni müəyyən nəzarət və əməkdaşlıq mühitində saxlamaq imkanıdır: “Bunun nə dərəcədə baş verəcəyi başqa sualdır, ancaq Rusiya və İranın baxışı belədir”. Viktor Nadein-Rayevski hesab edir ki, platformanın təşkilata çevrilməsi məsələsi böyük ehtimalla razılaşdırılıb, lakin ola bilsin ki, hələlik yekun rəsmi təsdiq yoxdur. Təhlilçinin fikrincə, Trampın prezidentliyi dövründə çoxqütblü dünya bərqərar olarsa, belə bir təşkilat Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru