Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır .....                     Sərhədlərin delimitasiyası: .....                     Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                 

Uşaqların maestrosu
Tarix: 7-11-2019, 12:19 | Çap et
Uşaqların maestrosu
"Oyun oyuncaqlarım”, "Qurban olum”, "Olmasın”, "Quşlar”, "Mübarək”, "Tonqal” və digər mahnıları "Bənövşə” uşaq xorunun ifasında səslənəndə istər-istəməz bəstəkarının Əfsər Cavanşirov olduğunu xatırlayırsan. Bizi uşaqlıq illərimizə qaytaran, şirin-şirin ovudan mahnılar bu gün də oxunanda qəlbimizdən bir nisgil keçir. Bəli, böyük bir nəsil məhz bu mahnıları eşidərək, zümzümə edərək böyüyüb. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Əfsər Cavanşirovun yazdığı həmin mahnılar bu gün də radio dalğalarından, efirdən səslənir və dinləyicilərinə xoş ovqat bəxş edir.

Görkəmli bəstəkar Füzuli rayonunun Horadiz kəndində doğulub. O, Qarabağın adlı-sanlı Cavanşirlər nəslindən idi. Erkən yaşlarından valideynlərini itirən Əfsər xalası Zərəfşan xanımın himayəsi altında böyüyüb. Həyatın çətinliyi, valideynlərinin itkisindən doğan ağırlıq onu yaşından erkən böyüdüb. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirib. Musiqi sənətinə olan sevgisi və istedadı onu elə bu sənətin yolçusu olmağa yönləndirib. Bakı Musiqi Texnikumuna daxil olub. 1952-ci ildə texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub. Professor Cövdət Hacıyevin sinfində oxuması onun gələcəkdə istedadlı bəstəkar kimi yetişməsində rol oynayıb. Gənc bəstəkar elə Konservatoriyanı bitirən il Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə” uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri təyin olunur.

Sərbəst yaradıcılıq yoluna qədəm qoyduqdan sonra Əfsər Cavanşirov həm iri həcmli, həm də miniatür janrlarda əsərlər yazıb. Bəstəkarın yaradıcılığında əsasən simfonik musiqi janrı yer alıb. O, 7 simfoniya, pоеmalar, akakapеlla xоru və uşaq xoru üçün əsərlər, simli kvartet, romanslar, xor əsərləri və s. yazıb. Xüsusən bəstəkarın «Ən əziz ad» vokal simfonik poeması, «Gəncliyin səsi» kantatası, xalq çalğı alətləri orkestri üçün «Azərbaycan Vətənim mənim» uvertürası dinləyicilərin rəğbətini qazanıb.

Uzun illər Dövlət Tеlеradiо Verilişləri Şirkətinin "Bənövşə” uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olan bəstəkar böyük bir musiqiçi nəslinin yetişməsində rol oynayıb.

"Bənövşə”

1958-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində yaradılan «Bənövşə» uşaq xoru məhz Əfsər Cavanşirovun adı ilə bağlıdır. "Bənövşə” Uşaq Xorunun yaranmasının maraqlı tarixçəsi var. Belə ki, Azərbaycan Dövlət Televiziyasının sədri Teymur Elçin bəstəkarı çağıraraq, televiziyanın nəzdində uşaq xoru yaratmağı təklif edir. Ə.Cavanşirov razılıq verdikdən sonra 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdində "Bənövşə” Uşaq Xoru yaradılır. Xorun ilk bədii rəhbəri Əfsər Cavanşirov olur. "Bənövşə” Uşaq Xorunun yaranmasının əsas səbəblərindən biri bu idi ki, bəstəkarlar böyük əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu mahnıları ifa edə biləcək bir kollektiv də lazım idi. Bununla da ”Bənövşə” Uşaq Xoru yaradılır. Artıq bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənirdi.

50 ildən artıq müddət ərzində bəstəkarın rəhbərlik etdiyi bu xor kollektivində bir neçə nəsil formalaşıb. Azərbaycan dinləyicilərinin böyük məhəbbətini qazanmış «Bənövşə» Uşaq Xorunda müxtəlif illərdə xalq artistləri Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Firuzə İbadova, Azərin, Zülfiyyə Xanbabayeva kimi neçə-neçə istedadlı vokalçı və xanəndə yetişib. Məhz buna görə də Əfsər müəllimi elə gəncliyindən "uşaqların maestrosu” adlandırırdılar.

Ə.Cavanşirov 1982-ci ildə respublikanın Əməkdar Mədəniyyət İşçisi və "Qabaqcıl maarif xadimi” fəxri adlarına layiq görülüb.

Bir çox bəstəkarların da mahnıları var ki, ilk dəfə məhz "Bənövşə” Uşaq Xorunun ifasında səslənərək "yaşamaq” hüququ qazanıblar. Məsələn, uşaqların da, böyüklərin də sevə-sevə dinlədiyi "Yeni il gəldi” mahnısı.

Mahnının yaranmasının maraqlı tarixşəsi var: 1960-cı ildə, Yeni il şənliyi ərəfəsində Azərbaycan Dövlət Televiziya və Radiosunun təzə yaranmış "Bənövşə” uşaq xoru üçün bəstəkar Musa Mirzəyev sözləri Hikmət Ziyaya məxsus olan "Yeni il gəldi” adlı mahnı bəstələyir. Mahnı uzun müddət Bədii Şuradan keçə bilmir. Nəhayət, bir neçə il keçdikdən sonra mahnı Bədii Şura tərəfindən təsdiqlənir və uşaq xoruna ifa edilməsi üçün icazə verilir. Elə ilk səslənmədən öz melodikliyi, uşaq ruhuna yaxınlığı ilə digər mahnılardan seçilir. Yalnız 1965-ci ildə "Bənövşə” uşaq xoru və solist Gülnarə Həşimovanın ifasında mahnı lentə alınır və o videoyazı bu günə kimi Azərbaycan Televiziyasının "Qızıl fond”unda qorunur.

Vaxtilə "Bənövşə” uşaq xorunda oxuyan və bu gün tanınmış simalar var ki, onların bir çoxu bu mahının ifaçıları olmaq imkanı qazanıblar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva, Əməkdar artist Firuzə İbadova, Xalq artisti Azərin və estrada müğənnisi Elnarə bu mahnını sevə-sevə ifa edərək öz repertuarlarında yaşadırlar. Hazırda Yeni il şənliklərində bu mahnı əsas musiqilərdən biri kimi səsləndirilir.

Xor üçün mahnılar

Əfsər Cavanşirov vəfat etdikdən sonra - 2006-cı ildə tanınmış müğənni Mübariz Tağıyevin təqdimatı ilə "Bənövşə” Uşaq Xoruna Zülfiyyə İbrahimova bədii rəhbər seçilir.

Zülfiyyə İbrahimova həyatını "Bənövşə” ilə bağlayan illəri belə xatırlayır: "Mən 2000-ci ildə "Bənövşə” Uşaq Xorunda köməkçi xormeyster kimi işə başladım. Əfsər müəllim məni evinə dəvət edərək, ritmik xüsusiyyətimi

yoxlayıb, dirijorluq bacarığımı nəzərdən keçirdi. O, məni bir ay ərzində kollektivə götürməli idi. Ancaq elə ilk dərsdən qəbul etdi. Məşqin sonunda mənə "sənədlərini hazırla” dedi. Əsas o idi ki, Əfsər müəllim dirijorluq istedadına baxmırdı. Əlbəttə, musiqiçi olmağın, musiqini duymağın kollektiv üçün şərt idi. Amma "Bənövşə” Uşaq Xorunda uşaqları sevməyin mütləq idi. Çünki Əfsər müəllim özü də uşaqları çox sevirdi.

O, hər hansı bir əsəri işləməzdən əvvəl uşaqlarla ünsiyyət qururdu, onlarla əsər haqqında danışırdı. Hər bir xırdalıqların üzərində işlədikdən sonra əsəri başa salırdı.

Məşq zamanı yaxşı oxuyan uşaqlara həmişə konfet paylayırdı. Onları bir-bir çağırır, «sən bu gün yaxşı oxudun, solonu yaxşı ifa etdin»- deyə onları «mükafatlandırırdı». Ümumiyyətlə, o, uşaqlara çox həssas yanaşırdı. Deyirdi ki, uşaqları incitmək olmaz. Düz oxumasalar da, onlara həssas yanaşmaq lazımdır. Qoy inciməsin, növbəti dərsə də həvəslə gəlsin”. Z.İbrahimova da Əfsər müəllimin yolunu eyni ilə davam etdirdiyini deyir: "Mən Əfsər müəllimlə 5 il – 2000-ci ildən 2005-ci ilə qədər işlədim. O, uşaqların səs diapazonunu gözəl bilir və onlar üçün mahnılar yazırdı. Bunu hər bəstəkar bacarmır. Bəzən uşaqlar üçün elə əsərlər yazırlar ki, onların səsi zildə və ya bəmdə aydın eşidilmir. Ancaq Əfsər müəllim bu baxımdan çox həssas idi. "Bənövşə” Uşaq Xorunda bir çox istedadlı insanlar, gözəl müğənnilər, müəllimlər, bəstəkarlar yetişdi. Bəlkə də gələcəklərini musiqi ilə davam etdirməsələr belə, "Bənövşə” Uşaq Xoru mənəvi qida kimi onların həyatında böyük bir rol oynadı. Amma onların əksəriyyəti bu gün ölkəmizin tanınmış musiqiçiləri, müğənniləridir”.

Z.İbrahimova deyir ki, Ə.Cavanşirovla birlikdə çalışdığı illər ərzində "Bənövşə” Uşaq Xorunda sənətin bütün incəliklərini öyrənib: "Nəzəriyyəni bilsəm də, praktika mənə daha çox kömək edirdi. Fikrimcə, Əfsər müəllim Azərbaycanda uşaqlar üçün çoxsəsliliyi gözəl duyan və səs diapazonlarına uyğun olaraq yazan bəstəkar idi. Əfsər müəllimin yazdığı bütün əsərlər tam xor üçündür. O əsərləri elə bir vəziyyətdə yazırdı ki, musiqini çoxsəsli ifa edərkən, heç bir səs bir-birinə mane olmurdu və hər bir səsin öz melodik həddi var idi.

Bəzi bəstəkarlar çox qəliz yazırlar və uşaqlar mahnını ifa edərkən çətinlik çəkirlər. Amma Əfsər müəllimin üçsəsli əsərində üç səsin hər birinin öz melodik həddi var idi. Ona görə uşaqlar da o mahnını ifa edərkən heç bir çətinlik çəkmirdilər”.

Z.İbrahimova ustadının əməyini yüksək dəyərləndirərək qeyd edir ki, Əfsər müəllim uşaq musiqilərinin yaranmasında böyük işlər görüb: "Heç bir kollektiv bu qədər ömür sürməyib. Elə kollektivlər var ki, yaranır və bir müddət sonra dağılır. Bunun səbəb maddi çətinliklə bərabər, peşkarlığın olmamasıdır. Amma "Bənövşə" Uşaq Xorunun bu günə qədər fəaliyyət göstərməyinin əsas səbəbi həm dövlətin dəstəyi, həm də Azərbaycan Dövlət Televiziyasının nəzdində olmasıdır. Çünki, heç bir kanalda uzun müddət fəaliyyət göstərən uşaq kollektivi yoxdur.

Z.İbrahimova söyləyir ki, görkəmli bəstəkarın bir çox tələbələri hazırda səhnəmizin xalq və ya əməkdar artistləridir: "Mən bu gün də Əfsər müəllimin əsərlərini uşaqlarla işləyirəm. Hərdən məndən soruşurlar ki, niyə məhz Əfsər müəllimin əsərləri ilə işləyirsən? «Mən təkcə Əfsər müəllimin əsərləri ilə yox, bütün bəstəkarların əsərləri ilə işləyirəm, ancaq Əfsər müəllimin əsərləri daha çox uşaqların səslərinə uyğun olaraq yazılıb. Ona görə də uşaqlar bu mahnıları rahatlıqla oxuyurlar”- deyə cavab verirəm”.

"Bənövşə” Uşaq Xoru bu gün də fəaliyyətini uğurla davam etdirir. Yenə onu yaradan bəstəkarın ruhuna, xatirəsinə sadiq qalaraq gələcəyin istedadlı musiqiçilərini, müğənnilərini yetişdirir.
//kaspi.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru