
Türkiyənin məşhur ifaçısı Ceylan "Cennetim ol" adlı mahnısına çəkilən klipini təqdim edib.
DİA.AZ xəbər verir ki, ekran işi Qara dənizin mirvarisi Sinopda yerləşən cəzaçəkmə müəssisəsində lentə alınıb. 6 saata çəkilən klip üzərində 11 nəfər yaradıcı heyət çalışıb. Klipin rejissorları İdil Dizdar və Said Dağdevirendir.
"Cennetim ol" mahnısının musiqisi və sözləri Ebru Elverə məxsusdur.