
DİA.AZ: - Xalq artisti Aygün Kazımova yeni mahnısını təqdim edib. DİA.AZ-ın məlumatına görə, sənətçi “Bizdən danışaq” adlı bəstəni Raufla birgə ifa edib.
Mahnının sözləri Fidan Cəbiyevaya, musiqisi isə Aygün Səmədzadəyə məxsudur.
Qeyd edək ki, bu Aygün Kazımova ilə Raufun 2-ci duetidir. Onlar daha əvvəl "Yaraşdın mənə" mahnısını birlikdə oxumuşdular.