
DİA.AZ: - Model Rüstəm Cəbrayılov bu dəfə aparıcı kimi fəaliyyət göstərəcək.
DİA.AZ xəbər verir ki, o, ideya müəllifi müğənni Roza Zərgərlinin olduğu proqrama aparıcılıq edəcək. "Meşəbəyi" adlanan veriliş fevralın 23-dən ARB telekanalında yayımlanacaq.
Layihənin ssenarisinə əsasən Rüstəm rayonları gəzəcək, çətin şəraitdə sağ qalmağın yollarını nümayiş etdirəcək.