![Əkiz bacılar əməliyyat olunacaq Əkiz bacılar əməliyyat olunacaq](/uploads/posts/2014-01/1389858746_0001.jpg)
Müğənni Sevil və Sevinc bacıları burun əməliyyatı etdirmək qərarına gəlib.
Axşam.az-ın məlumatına görə, əkiz bacılar yanvarın 27-də əməliyyat masasına oturacaqlar.
Bu haqda “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə danışan Sevil və Sevinc imiclərində yenilik edəcəklərini bildiriblər:
“İndi saç rəngimizi dəyişmişik. Buna səbəb yeni çəkdirəcəyimiz klipdir. Orada tamamilə fərqli obrazda görünəcəyik. Hətta yanvarın 27-də burun əməliyyatı olunacağıq. Ondan sonra balaca burun, uzun və tünd saçlarla tamaşaçıların qarşısına çıxacağıq”.