“Teatrda bundan əvvəlki rejissor işimə qarışırdı, indi isə... - sərbəstlik veriblər”
Tarix: 26-03-2024, 09:51 | Çap et
![“Teatrda bundan əvvəlki rejissor işimə qarışırdı, indi isə... “Teatrda bundan əvvəlki rejissor işimə qarışırdı, indi isə...](https://dia-az.shop/uploads/posts/2024-03/thumbs/1711432328_0001.jpg) “1990-cı ildən teatrda rəssam olaraq çalışıram. 2000-ci ildə məni Mingəçevir Dövlət Dram teatrının baş rəssamı vəzifəsinə təyin etdilər. Teatr rəssamı o biri rəssamlardan nə ilə fərqlənir? Teatr rəssamı səhnədə aktyor ifası vasitəsilə canlandırılan dünyanın yaradıcısıdır. Bu rəssam kətan və ya kağız səthi ilə işləmir. O tamaşanın yarandığı səhnə məkanında çalışır. Sadəcə olaraq teatrda mən artıq tək yox, hansısa tamaşanın eskizlərini rejissorla bir yerdə müzakirə edib yaradıram. Mən orada öz fikirlərimi deyirəm. Rejissor da mənimlə ya razılaşır, ya da ki, ayrı fikirləri irəli sürür. Məsələn, rəngkarlıqda hansısa portret, mənzərə yaxud da kompozisiya işləmisən. Teatrda kompozisiya dramaturqun nə demək istəməsidir. Həmin o dramaturqun əsərini əks etdirmək lazımdır. Öncə tamaşanın maketi hazırlanır, sonra vəsait ayrılır, lazım olan dekorasiyalar alınır və həyata keçirilir. Teatrda rəssam müxtəlif profillərdə çalışır: quruluşcu rəssam, rəssam-texnoloq, işıq üzrə rəssam və geyim üzrə rəssam” Bunu Moderator.az-a açıqlamasında əməkdar rəssam, Mingəçevir Dövlət Dram teatrının baş rəssamı Rafael Haşımov deyib. O daha sonra əlavə edib. “Teatrda fəaliyyətim ərzində 100-dən artıq tamaşaya bədii tərtibat vermişəm. Quruluşcu rəssamı olduğum Hüseyn Cavidin “Ana” tamaşası 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Hansısa bir tamaşanın eskizi üzərində işləyəndə orada mütləq şəkildə hansı dövrdən söhbət gedirsə personajların geyimləri də o dövrü əhatə etməlidir. Söhbət 18-ci əsrdən gedirsə, personajlara, aktyorlara müasir dövrün geyimlərini təqdim edə bilmərəm. Teatr rəssamı yeri gələndə həm modelyerdir, həm də dərzidir. Yaxşı olar ki, bu peşələri də bilsin. Əsərin özündən asılı olaraq orada rənglər dəyişə bilər. Ola bilər ki, kiçik bir detalı 3-4 vəziyyətdə istifadə edək. Bu çox maraqlı, düşündürücü sənətdir” deyə əməkdar rəssam bildirib.
Rafael Haşımov bildirib ki, əsərin müəllifi ilə bir o qədər də fikir mübadiləsi etmir. Amma rejissorla iş prosesində çox olur. “Rəssam əsərin müəllifi ilə bir o qədər də təmasda olmur. Tamaşanı təhvil verəndə yaxud tamaşa hazırlanan prosesdə müəllif gəlib baxıb, əlavələrini edə bilər. İşlədiyim müddət ərzində belə bir hal yaşanmayıb. Mənim işim daha çox rejissorladır. Əlbəttə ki, aramızda mübahisələr də olur. Bu da normaldır. Teatrımızın baş rejissoru Vüsal Mehrəliyev heç vaxt rəssamın işinə qarışmır. O sadəcə istəklərini mənə deyir, mən də bu istəkləri nəzərə alıram. Vüsal Mehrəliyevdən öncə bir rejissorumuz var idi, onunla mübahisələrim çox olurdu. Mən gərək onu inandırmalı idim ki, bu dekorasiyanı niyə belə işləmişəm! Bunun üstündə mübahisələrimiz çox olub. Teatrın rəssamını teatr rəssamı edən rejissordur. Ola bilsin ki, müəllif səhnədə 6 pəncərənin olmasını yazıb yaxud da istəyib. Rejissor onu özü istəyən kimi də edə bilər. 6 pəncərəni 2 pəncərə ilə əvəz edə bilər yaxud da pəncərələrin sayını çoxalda bilər” deyə əməkdar rəssam bildirib. Rafael Haşımov bildirib ki, müşahidələri də peşəsində ona yol göstərən mayak olub. “Bəzən olub ki, tamaşanın başlamasına bir gün qalmış nələrsə yolunda getməyib, onu səhər tezdən hazırlayıb axşama kimi həmin problemi həll etmişik. Hər sənətin öz çətinlikləri var. Pis sənət yoxdur, pis sənətkar var. Bir dəfə televizoru izləyirdim, efirdə narkotik vasitələrin asılılığına düşən və sağalmaq istəyən bir gəncin etirafını dinlədim. O deyirdi ki, “narkotik bataqlıq kimidir, insanı özünə çəkir”. Həmin insanın o sözü beynimdə belə bir fikir yaratmışdı ki, nə vaxtsa mən belə tamaşa hazırlasam, səhnə bir növ bataqlığa oxşamalıdır. Səhnədəki bütün hadisələr bataqlığın içində cərəyan edirmiş kimi. O dekorasiyaları tamaşaçıya çatdırmaq lazımdır ki, tamaşaçı rejissorun və rəssamın nə demək istədiyini anlasın?! Bu fikirlərin hamısını mən cızmaqara edib rejissorla müzakirə edirəm. Ümumiyyətlə həyatdakı müşahidələrimin də mənə köməyi olur” deyə əməkdar rəssam deyib.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
|