“Qarayaxma kampaniyasına başlayıb, səni ləkələmək üçün gözdən salırlar”
Tarix: 27-03-2024, 10:31 | Çap et
“Bu sənət mənim alın yazımdır. Heç peşman deyiləm. Təbii ki, sənətimiz qurban tələb edir. Qeyri-adi sənətdir. Bu sənət səni qısqanır. Əgər sən bütövlüklə ona öz məhəbbətini verib, özünü ona həsr edəcəksənsə, o səni ağuşuna alıb yüksəklərə qaldıracaq. Bu sənət istəmir ki, ona olan məhəbbətini kiminləsə bölüşəsən. Yenidən həyata gəlsəydim yenə də bu sənəti seçərdim. Düzdür, həyatda bir az yaşamağa kompleks yaradır, çünki hər addımın göz önündədir. Hər baxışın belə göz önündədir. Xüsusilə də əgər sən tanınırsansa. İstədiyin kimi yaşaya, hərəkət edə bilmirsən. Daima gözlər sənə baxır” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib. “Bu gün tanınmaq asan məsələdir. İndi sosial şəbəkələr, özəl televiziyalar çoxdur. Tanına bilərsən, amma sevilmək çox çətin məsələdir. Sevgini qoruyub saxlamaq ondan da çətindir. Mütləq elə etməlisən ki, insanların sənə qarşı olan sevgilərini, sayğılarını saxlayasan. Bu günki gün o sevgini qorumaq çətin məsələdir. Çünki sosial şəbəkələr var. Əvvəl belə deyildi, insanlar səni televizordan seyr edirdilər. O vaxt senzura var idi. İndi hər kəs bir sayt açıb, istədiyini edə bilər. Jurnalistlər bu günki kimi hər istədiyini sənin haqqında yaza bilməzdi. Mən əvvəlki dövrlərdən danışıram. Bu gün sənin haqda kimlərsə qarayaxma kompaniyasına başlaya və səni gözdən sala bilər. Çox asandır. Səni ləkələmək üçün ağzından bir söz çıxarır və insanların sənin haqda düşüncələri dəyişir. Əsl sənət adamları sənəti qoruyurlar. Sən özünü qoruyursansa demək ki, sənətini də qoruyursan. Sənətinin adını da qoruyursan. İndiki bəzi sənətçilərin bu heç marağında deyil. Nə özlərini qoruyurlar, nə də sənətlərini. Bizim sənət müəllimlərimiz bizə başqa cür təhsil verib, öyrədib. Şükür edirəm ki, bu sevgini mən bu günə qədər saxlamışam. Elə hərəkət etməlisən ki, insanlarda, xalqda qıcıq yaratmamalısan. Bu gün şöhrət tapmışamsa, insanlar tərəfindən sevilmişəmsə buna görə Allaha minnətdaram” deyə aktrisa bildirib. Aktrisa illər öncə Moskvada başına gələn hadisədən də danışıb. “Mən Moskvada, “MOSFİLM”-də bir filmə çəkilmişdim. Sonra mənə bir dəvət də gəldi. Ssenarini istədim, oxudum. Gördüm ki, burada bizim milləti aşağılamaq istəyirdilər. Ona görə də mən filmə çəkilməyə razılaşmadım. Sonradan məlum oldu ki, həmin rejissor erməni idi. Ermənilərdən bundan artıq nə gözləmək olardı ki? Etirazımı bildirdim, sonradan həmin film ümumiyyətlə çəkilmədi” deyə xalq artisti bildirib. Xalq artisti bildirib ki, aktyor özünü oynamalı deyil. “Aktyor özünü oynayırsa o aktyor deyil. Onda başqalaşma, dəyişmə olmalıdır. Bəlkə də əkizlər bürcü olduğum üçün dəyişməyi sevirəm. Bu mənim uğurumdur. İllər öncə teatrımızda istedadlı rejissor, əməkdar artist Nicat Kazımov “Pəri Cadu”əsərini səhnələşdirdi. Bu tamaşa Gənc Tamaşaçılar Teatrını yenidən pöhrələndirdi. Bir mədəniyyət hadisəsinə çevrildi. Tamaşada Şamama qarı obrazını oynayırdım. Dünya Türk festivalında rolum o qədər tərifləndi ki. Hətta inanmamışdılar ki, bu rolu mən oynamışam. Deyirdilər ki, bu gözəl xanımı nə günə qoymusunuz?” deyə aktrisa bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
|