"Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                 

"Deyingən obrazda görünmək istəmirəm"
Tarix: 13-07-2024, 09:46 | Çap et
"Deyingən obrazda görünmək istəmirəm"
Aktyor, ssenarist Taleh Yüzbəyovun Kult.az-a müsahibəsi:

- Taleh, kənardan görünən odur ki, aktyorluq, ssenaristlik etməklə bağlı probleminiz yoxdur, qazana bilirsiniz. Amma alınmasa da, başqa sahəyə, məsələn, restoran biznesinə girişmişdiniz. Yoxsa sahənizdə gəlir yoxdur deyə, başqa işlərlə məşğul olursunuz?

- Restoran açmaq istəyim madiyyatla tam bağlı deyildi. Əvvəla, istəyirdim ki, dostlarımla, yaradıcı adamlarla oturmaq üçün bir məkanımız olsun. Yığışaq, söhbətlər edək, işlərimizi müzakirə edək. 20-ci əsrə qədər Parisdə də belə məkanlar var idi ki, rəssamlar, şairlər, yazıçılar bir yerə yığışırdılar. Digər məqsəd isə passiv gəlirim olması, müəyyən ehtiyaclarımın qarşılanması idi. Həm də sevdiyim iş idi. Əvvəldən restoranım olmağını istəmişəm. Doğrusu, “Yüzcafe” restoranını açanda özümə çox güvənirdim, elə bilirdim, heç vaxt heç nədə uğursuz ola bilmərəm. Amma həm də o yaxşı oldu ki, ayıldım, gördüm, sən demə, uğursuz da ola bilərəmmiş. Düşündüm, tanınıram, batırmaram - elə olmadı. Bir növ bu hadisə mənə dərs oldu, özümdən razılığımı ağlımdan çıxartdı.

- Bəlkə ulduz xəstəliyinə tutulmusunuz deyə, elə bildiniz, məşhurluq kömək edəcək?

- Hə, məşhurluğun kömək edəcəyini düşündüm. Amma bu, ulduz xəstəliyi deyil. Tanıyan hamı - elə siz də bilirsiniz ki, belə deyiləm. Məşhurluq məni ciddi məsələlərdə heç vaxt aldatmayıb.

- Taleh, sizin işlərdə sosial söhbətlər çoxdur, qismən etiraz ruhu da var. Obrazlı ifadə eləsək, bir az da satirik xətdəsiniz...

- Hə, elədir. Əvvəllər bu cür videolar daha çox çəkirdim. Yaşadıqlarım, başıma gələnlər, gördüklərim buna rəvac verirdi. İlk oxuduğum kitab Mirzə Ələkbər Sabirin “Hophopnamə”sidir. Satirik söhbətlərin təsiri buradan da ola bilər. Bulqakov da sevdiyim yazıçılardandır. İlk videolarımda az və çox cəsarətli olmaqla çox şeyə etiraz var. Amma buna görə elə də problem yaşamamışam. Düşünürəm, bu, o qədər lazım deyil. Məsələn, inanmıram ki, rüşvətxor məmur öz obrazını görüb əməlindən çəkilsin. Mən indi yaxşını daha çox göstərməyin tərəfdarıyam. Onsuz da heç kim özündə pisi qəbul etmir. Keçmişdə qaz, işıq bahalaşması ilə bağlı çoxlu etiraz videolarım var. İndi düşünürəm, bu, həm də populizmdir.

- Onda onları məşhurlaşmaq üçün edirdiniz, populist idiniz?

- Tam da yox. Təkcə populistliyə görə belə etmirdim. Gündəmə münasibət bildirmişəm, amma daha etmirəm, deyingən obrazda görünmək istəmirəm.

- Qarabağ müharibəsindən nə əcəb film çəkmirsiniz?

- Başqa həmkarlarımı bilmirəm, amma mənimçün çətindir. Şəhid-qazi olanların içində yaxın adamlarım da var, ağır gəlir mənə. Geri alınmış torpaqlara getməyə belə həvəsli deyiləm. Müharibə haqqında patriot nəsə çəkmək də olar, kulisini də. Yəqin ki, gələcəkdə çəkəcəm, amma hazırda belə bir düşüncəm yoxdur. Mənimçün müharibənin ancaq qələbəsini göstərmək olmaz. Düşünürəm, müharibə haqqında istədiyimi çəksəm, qınayacaqlar.

- Taleh, son işlərinizdən olan “Alatava” serialı bəyənilməklə yanaşı, tənqid, etirazlarla da qarşılandı. Məsələn, sənət adamları tərəfindən “məişət mövzularıdır”, “məhəlli xarakterlidir”, “final zəifdir”, “heç nə demir” kimi iradlar var idi. Ümumiyyətlə, bu serialı çəkməkdə məqsədiniz nə idi?

- Serialın mesajı, məqsədi kimi məsələlərdən Əlixan Rəcəbov danışsa, daha məqsədəuyğun olar. Amma ssenaristlərin biri kimi deyim ki, deyilən tənqidlərə münasibətim normaldır. Yox, məişət məsələləri kimi söhbətlərlə razı deyiləm. Əvvəla, məişət məsələsində pis nə var? Çəkmək, məişətdən danışmaq olmaz? Bu cür iradlar edən sənət adamları “Alatava” uşaqlarından hansı ciddiyyəti gözləyirdilər ki? Yaxşı, yetimxana uşaqlarının sonrakı həyatları məişətdir? İnsanın pul qarşılığında dostlarını satması, pedofiliya, zorakılıq kimi hallar boş söhbətdir? Bunları işləmək olmaz?

- Niyə müasir yazarlarla işləmir, onların hekayə və ssenariləri əsasında nəsə çəkmirsiniz? Yoxsa siz də özünüzün daha yaxşı bacardığınızı düşünürsünüz?

- Əvvəla, bu, iş məsələsidir, sistem doğru deyil. Həm yazarlar, həm də biz tərəfdən agent olmalı, material təqdim edilməli, satılmalıdır. Dünyada proses belə baş verir. Bizdə belə peşəkarlıq yoxdur. Üstəlik, hər şey o qədər rahat deyil axı. Mənim özümün iki ildir ki, bir ssenarim var, ona sponsor tapa bilmirəm. Niyə? “Adam özünü asır”. Deyirəm, ölmür axı. Ssenarimlə intihar etməyin pis olduğunu, cəsarətli, eqoist addım olduğu qədər məsuliyyətsiz davranış olduğunu da göstərirəm ki, yaxşı, öldün, bəs sonra? Bəs geridə gözüyaşlı qalanlar? İntiharı əsas gətirib sponsor olmurlar. Bilmirəm kənardan necə görünür, amma vallah, asan deyil, güclə maliyyə tapırıq. Bu baxımdan hansısa yazıçının hekayəsini ssenariləşdirib çəkmək də asan deyil.

- Müasir yazarlardan kimləri oxuyursunuz?

- Çox adamı oxumuşam, bizdə xeyli istedadlı yazıçı var. 2000-lərin yazarlarından Əli Əkbəri, Seymuru, Aqşin Yeniseyi… Sonuncu dəfə Aqşinin “Tarix və Tale” romanını oxumuşdum. Xoşum da gəlmişdi. Sonra İlkin Rüstəmzadədən oxumuşam, maraqlı gəlmişdi. Oxumadıqlarım üzrlü saysınlar, hamısı vaxt azlığına görədir. Kitab oxumaq əvvəllər vərdişim idi. Düzdür, daha çox pyes oxuyurdum - Şekspiri yaxşı oxumuşam, Çexovun pyeslərindən çox, hekayələrini bəyənirəm, Bulqakovun bütün əsərlərini, Den Braun, Steynberkə qədər mütaliə eləmişəm. Markes isə ən sevdiyim yazıçılardandır. Hətta çalışıram, bir müəllifin bütün əsərlərini oxuyum, bu cür sistemli oxumağı sevirəm. Markesin magik-realizmi məni aparır. Hətta deyim, filmdə etmək istədiyim də budur. Mənimçün çəkdiyim film Markeslə Şəhriyarın şeirlərinin birləşməsi olmalıdır. Həm qarışıq, çətin, həm də sadə, gözəl və milli.

- Filmlərdə, videolarda tənqid olunduğunuz bir məqam da qadınlarla bağlıdır. Bəziləri qadınları aşağıladığınızı deyirlər. Sizin qadınlarla nə probleminiz var?

- Bir obrazı yazanda onu qadın olduğu üçün aşağılamaq fikrim olmur. Yaxşı, nə qədər mənfi kişi obrazım var, niyə kişilər demir ki, bizi niyə belə göstərirsən? Pedofil kişi obrazından tutmuş vəzifəyə görə əxlaqsızlıq edənə qədər – müxtəlif obrazlarım var. Hamısı da kişilər. Məgər fahişə qadın yoxdur? Var da. Mən “qadın və kişi eynidir” demirəm, amma məsələn, hüquq cəhətdən eyni olmalıyıq.

- Feminist deyilsiniz yəni?

- Deyiləm. Mənim ümumi olaraq ideologiyalara qarşı allergiyam var. Bütün ideologiyalar çöküşə məhkumdur, heç biri ideal deyil. İsrailin Qəzzaya etdiklərindən sonra dünyada siyasətin, demokratiyanın necə olduğunu görürlər. Mənim radikallardan xoşum gəlmir. İstər radikal feminist olsun, istər dindar, istərsə də başqa nəsə. Odur ki, məsələlərə birtərəfli baxmaq olmaz. Bəli, bizim ölkədə qadınlara qarşı zorakılıq, basqılar var, amma radikal feministlərin dediyi kimi deyil. Bir dəfə feministlər tərəfindən linç olunanda dedim, yaxşı, səhvəm, onda gəlin, kömək edin, iş görək, çəkək, maarifləndirək. Aktyor, ssenarist, rejissor kimi nə lazımdırsa, edirəm. Heç kim sinəsini qabağına vermədi.

- Bir dəfə demişdiniz ki, hədəfim 36 yaşımda “Oskar” almaq idi. Nə oldu o hədəfin axırı?

- Mən nə vaxtsa “Oskar” da, başqa mükafatlar da alacağımı bilirəm. Özümü orada görürəm, amma o dövr üçün həmin arzum mənə uşaqlıq istəyi kimi görünürdü. Başa düşdüm ki, kino çəkməyin məqsədi mükafat olmamalıdır. Amma bir gün “Oskar” alacağımı bilirəm.

- Bəs Azərbaycanda nə mükafatı almaq istəyirsiniz?

- Ümumən adların əleyhinəyəm. Ona görə ki, hələ tələbə olanda sənət adamlarının adlara görə nə oyunlardan çıxdığını görüb, pis olurdum. Nə dəyişir ki? 50-100 manat artıq pul alırsan. Harasa dəvət ediləndə də adının qarşısına söz yazılır. Mənimçün sənət sevgisi başqadır. Əvvəllər sənətdən ayrı düşdüyüm olub. Yadıma gəlir, aşağı maaşa teatrda işləyirdim, kastinqlərə deyirdilər, amma çağırmırdılar. Valideynlərimə deyirdim, dözün, az qalıb, yaxşı olacaq. Onda kirayə qalırdıq, məsuliyyətim daha çox idi. Sonra məcburən sahəmi dəyişib başqa işlərə keçdim.

- Hansı işlərə?

- Məsələn, “call center”də zənglərə cavab vermişəm, bir şirkətdə satış sahəsində işləmişəm. Amma sənət sevgisi yenə rahat buraxmadı. Sonra gördüm, uşaqlar video çəkirlər. Qurdumu öldürmək üçün mən də təzədən videolar çəkməyə başladım. Sonra da məşhurlaşdım (gülür).

- Taleh, maraqlıdır, ən az və ən yüksək aldığınız qonorar nə qədər olub?

- Pulsuz da çəkilmişəm, yüz manat qonorarım da olub.

- Bəs ən yüksək nə qədər olub?

- Doğrusu, bunu deməyi bir qədər etik hesab etmirəm, amma çox olub.

- Təxminən…

- Təxminən, iki otaqlı bir evin pulu.

- Həmin pula şəhərin mərkəzindən ev almaq olar, ya kənar yerlərdən? Miqdarı dəqiqləşdirmək üçün soruşuram.

- (Gülür). Bunu deməyəcəm, o məndə qalsın.

- Deyəsən, gözə gəlməmək üçün deyə bilmirsiniz?

- Yox, yox. Qazandığımın vergisini vermişəm, dediyim məsələ isə hər dəfə olmur axı. Çox yüksək qonorarı hər dəfə ala bilmək mümkün deyil. Ona görə deməyə nə ehtiyac var?

- Taleh, səmimi olsaq, özünüzdən yaxşı gənc aktyorlardan kimin adını çəkə bilərsiniz?

- Səmimi deyirəm, Fərhad, Azər Aydəmir, Hikmət Rəhimov məndən yaxşı aktyorlardır.

- Onlar desə, Taleh bizdən zəifdir, xətrinizə dəyər?

- Qətiyyən. Tam səmimi, onsuz da özümü ən yaxşı aktyor hesab etməmişəm.

- Taleh Yüzbəyovun bəyənmədiyi üç aktyor?

- Lütfəli Abdullayev, məsələn, mənim aktyorum deyil,deyərdim. Daha sonra Arif Quliyev. Yaxşı aktyor idi, amma materialları pis idi. Daha çox hoqqabazlıq, küçə teatrı olub onda. Üçüncü qalsın.

- Bəs bəyənmədiyiniz üç klassik Azərbaycan filmi?

- Bəyəndiklərimi deyim: “Şərikli çörək”, “Üzeyir ömrü”, “Ölsəm, bağışla”, “Gün keçdi”. “Bizim Cəbiş müəllim”. Bəyənmədiklərim isə “Qayınana”, “Əhməd haradadır”, “Ulduz”...

- Həyat yoldaşınız da videolar çəkir, blogerdir. Sosial şəbəkədə də xeyli məşhurdur. Heç olur ki, deyəsəniz, bu videonu sil, ya paylaşma?

- Olur, əlbəttə. Sağ olsun, qəbul edir. Elə şeylər var ki, mental təfəkkürdə olan adama dönürəm. Amma sərt bir qadağam-filan olmur. Sadəcə, xoşum gəlməyən olanda bildirirəm ki, bunu bəyənmədim. Biz on ildir evliyik və bu mənada problemimiz olmur. Bir-birimizə sözümüzü deyir, qəbul edirik.

- Bəs o sizi qısqanmır? Filmlərdə qadınlarla öpüşə, qucaqlaşa bilirsiniz?

- Bunun sadəcə bir iş olduğunu bilir. İlk gündən onsuz da demişdim ki, bütün bunlar ola bilər, nəzərə al.

- Sənət adamları, adətən, əzablara, çətinliklərə görə övladlarının bu yolu getməyini istəmir. Siz necə, uşaqlarınızın aktyor olmasını istəyərdiniz?

- Doğrusu, mənim belə bir qadağam yoxdur, olmaz da. Bu məsələlərə qarışan deyiləm. Məni azad böyüdüblər, seçimləri çox zaman özüm etmişəm. Aktyor olmağımı istəməsələr də, olandan sonra dəstək verdilər. Ona görə onlar hansı sahəyə yönəlmək istəsələr, dəstək verərəm.

- Pablo Pikassonun “Yaxşı ideyanı oğurlamaq olar” sözü var. Bu fikri siz özünüz də demişdiniz. Yaxşı, Taleh Yüzbəyov hansı ideyanı oğurlayıb?

- Oğurlamaq baxır necə başa düşülür. Bir var, kiminsə konkret işini, sujetini, xarakterini oğurlayıb öz adına çıxarırsan. Bu, plagiatdır və doğru deyil. Bir də var, kiminsə hansısa fikrindən, əhvalatından ilhamlanıb, öz içindən keçirib, təqdim edə bilirsən. Bu, məqbuldur. Yaxud da gör-dərmə anlayışı var. Məsələn, səhnəni olduğu kimi çəkib “salam göndərmək” kimi. Başqa cür çəkə bilərdi, amma sevgisini bu cür bildirir. Mənim ilhamlandığım obraz olub. Məsələn, “Zəhər tuluğu”nun Adil obrazı Adriana Çelentanonun bir filmindəki qaşqabaqlı və hazırcavab obrazından yaratdığımdır. Amma fərqli sujetlərdir. Sadəcə, kiçik bir detal idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Bu gün, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Bu gün, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Bu gün, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Bu gün, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru