Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                 

1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Tarix: Bu gün, 15:45 | Çap et
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR
2010-cu ildə valideynləri tərəfindən 3 uşaq Nizami rayonundan yerləşən 1 saylı uşaq evinə verilib. Həmin gündən bir çox kimsəsizlər kimi, bu uşaqların da qara günləri başlayıb. Valideyn himayəsindən məhrum olmaları bir yana, onlar üstəlik də uşaq evinin müəllimləri tərəfindən təhqir və təhdidlərə məruz qalıb.

Adının açıqlanmasını istəməyən xanım deyir ki, hələ də burada gördüklərinin, eşitdiklərinin, o cümlədən də direktorun və müəllimlərin hədə-qorxusunun təsirindədir. Amma bacısı hələ də orda olduğundan, başlarına gələnləri tam danışmaqdan çəkinir. Xanımın əməkdaşımıza verdiyi açıqlamaları olduğu kimi dərc edirik:

"Biz, 3 uşaq çox əziyyət çəkmişik. Hazırda mənim 20, bacımın isə 18 yaşı var. Bildiyimə görə, qardaşım əsgərlikdədir. Amma harada olduğu, necə olduğu haqqında ətraflı məlumatım yoxdur. Sığınacağım, bacımı və qardaşımı yanıma alacağım bir komam belə, yoxdur. Məni uşaq evinin rəhbəri Nərminə Zöhrabova çıxarıb çölə atdı ki, böyük qızsan, get işlə, harada da qalırsan qal, burada səni və sənin yaşında olanları saxlaya bilmərik. Halbuki, orada hazırda təhsil alan mənimlə yaşıd bir nəfər saxlanılır. Həmin şəxsin ata-anası da var. Amma hansı səbəbə görə olduğunu bilmirəm, onu indi də orada saxlayır.

Buradan sizin qəzet vasitəsilə valideynlərə yalvarıram, baxa bilməyəcəyiniz uşaqları dünyaya gətirməyin. Bunun əziyyətini biz çəkirik. Əlimizdə oyuncaq olmalı olduğu halda biz uşaq evində soyuq suda yağlı qabları yumağa məcbur edilmiş, yuya bilməyəndə isə çubuqla heydən düşənə qədər döyülmüşük. Siz valideynlər bunu bilməssiniz. Çünki uşağı dünyaya gətirsəniz də, o uşağın gələcəyini düşünmürsünüz.

Sizə 2010-cu ildən başımıza gələnlərdən danışım. Həyat nədir, çətinlik nədir, uşaq evində tanış oldum. Uşaq idik, başqaları kimi biz də nadinclik edib oynamaq, səs-küy salıb qışqırmaq, uşaqlığımızı yaşamaq istəmişik. Amma uşaq evinə qoyulan gündən bunların hamısı əlimizdən alınıb. Mən o zülmləri görmüş bir uşaq kimi təklif edirəm ki, uşaq evlərinə direktor və müəllimlərin bilmədikləri yerə səsli kameralar quraşdırılsın. O zaman müəllim heyətinin əsl üzünü görə bilərsiniz.

Maşınlarda təzə çörək, ərzaqlar gətirilirdi. Lakin biz orada olduğumuz müddətdə bir dəfə də təzə çörək yeməmişik. Quru və kifli çörəklər verilirdi. Yedimiz ancaq borş və "qreçka" olub. Öz gözümüzlə görürdük ki, şirniyyatlar da gəlir. Hər birimizin ürəyi istəyirdi, amma vermirdilər. Müəllimlər və direktor evə gedəndə neçə-neşə paketləri özüləri ilə aparırdılar.

Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva uşaq evinə gələndə bizə deyirdilər ki, tərifləməsən, ağzından nəsə çıxsa, axşam bilirik nə edəcəyik. Qorxumuzdan heç nə deyə bilmirdik. Dəfələrlə Leyla xanımın yanına yığılıb nəsə demək istəmişik, amma dərhal müəllimələr müdaxilə ediblər, imkan verməyiblər. Özümüzdə də qorxu var idi, axşam nələr edə bilərlər deyə fikirləşirdik.

Uşaq vaxtı müəllimlərdən biri başımı armatur qırığı ilə vurub yaralamışdı. Direktora isə "yıxılıb" dedilər. Amma direktor da yaxşı bilirdi ki, müəllimələr bizə işgəncə verir. Döyülən zaman onlara müqavimət göstərdikdə isə bizdən böyük uşaqlara tapşırırdılar ki, onu möhkəm döyün. Onlar da bizi döyürdülər. Bizi döyən uşaqlarla bizim aramızda fərq var idi. Onları müəllim heç vaxt döymürdü.

18 yaşım tamam olmuşdu. Nərminə xanım məni və bir neçə uşağı tək-tək orağına dəvət edərək, bir çox sənədlərə qol çəkdirdi. Səhəri gün bizə dedilər ki, siz öz razılığınızla buradan çıxıb gedirsiniz, burada sizə yer yoxdur. Deyəndə k, getmirik, bizə qol çəkdiyimiz sənədləri göstərdilər. Bundan sonra məni və bir neçə nəfəri qovub çölə çıxardılar. Çöllərdə qaldıq, günlərlə əziyyət çəkdik. Daha sonra bir neçə nəfər yığılıb, ev tutduq. Bacıma isə tapşırdım ki, qəti heç bir sənədə qol çəkmə. Çünki onun çöllərdə qalmağı mənim üçün daha da fəlakət olardı.

Oradan çıxan qızlardan biri hazırda 19 yaşında ana olub, yoldaşı isə yanında yoxdur. Başqa tanıdığım Əfsanə adlı qız isə "Neftçilər" metrostansiyası yaxınlığında dilənib, narkotik üçün pul yığır.

Uşaq evində çox pis hadisələrin şahidi olmuşam. Orada uşaqların dünya görüşlərini inkişaf etdirmirlər. Bizə əşya kimi baxırlar, gələcəyimizi düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Təhqir edib, bizi alçaldırlar.

Biz uşaq evində ət üzü görmürdük. Ətlər bükülüb paketlərdə müəllimlərin evlərinə gedirdi. Sanki o müəllimlələr aclıqdan çıxıb.

Prezidentin qərarına əsasən uşaq evindən çıxan uşaqlara ev verilməlidir. Ona da mane olurlar. Sənədlərimizi nazirliyə göndərməyimizə mane yaradırlar. Deyirlər ki, öz ana-atanız yiyə durmayıb, dövlət sizə niyə ev verməlidir?!

Məsələ ilə bağlı deputat Könül Nurullayeva və köməkçi Sabit bəylə görüşdüm ki, ev almağıma köməklik etsin. Dedim ki, ev ala bilməsəm də, heç olmasa müvəqqəti yaşamaq üçün bir yer versinlər. Könül xanım mənə bir bəy tapmağımı, ailə qurmağımı məsləhət bildi. Bir də dediki, Milli Məclisə məktub yaz göndər. Onun dediyini də etdim. Amma mənə heç bir yol göstərmədilər.

Mən səlahiyyətli qurumlardan xahiş edirəm, uşaq evlərini güclü nəzarətdə saxlasınlar. Mənim kimi bir çox uşaqların da çöllərə atılmağına imkan verməyin. Bizim tufeyli həyat yaşamağımıza səbəb olanları cəzalandırın".

Sonxeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru