![“Bir geyimimi, bir də maşınımı tez-tez dəyişirəm” “Bir geyimimi, bir də maşınımı tez-tez dəyişirəm”](http://anspress.com/images/photos/4495.jpg)
Müğənni Rüfət Axundovun avtomobil hobbisi var.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Gündəlik” verilişində qonaq olarkən danışıb. O, aparıcının “Niyə maşınını tez-tez dəyişirsən” sualına belə cavab verib:
“Mənim hobbimdir: bir geyimimi, bir də maşınımı tez-tez dəyişirəm. Fərqli avtomobillər idarəetməkdən xoşum gəlir. Ümumiyyətlə, müsəlman kişilərinin əksəriyyəti avtomobilə qarşı maraqlıdır. Mən də maşınımı dəyişməyi sevirəm”.