!["Mənə 1 milyon dollar da versələr, içki olan məclislərdə iştirak etmərəm" "Mənə 1 milyon dollar da versələr, içki olan məclislərdə iştirak etmərəm"](/uploads/posts/2015-12/1449809851_0001.jpg)
Mənim heç kimi mühakimə etməyə haqqım yoxdur.
Bu sözləri tanınmış müğənni Xuraman Şuşalı bəzi müğənnilərin müqəddəs aylara məhəl qoymadan ziyafət məclislərində iştirak etməsi haqda Axar.az-a danışarkən deyib. Müğənni hər kəsi Allah yolunda olmağa səsləyib:
“Bilirsiniz, hər insanın həyatında səhvlər olur. Mənim də səhvlərim olub, amma əsas olan o səhvləri başa düşmək və tövbə etməkdir. Elə vaxtlar olub ki, mən də müqəddəs aylarda məclislərdə iştirak etmişəm. Amma indi mənə 1 milyon dollar da versələr, içki olan məclislərdə iştirak etmərəm. İnanıram ki, bir gün gələcək o müğənnilər də Allah yoluna qayıdacaqlar”.