![BAKIDA 3 OTAQLI EV YANARAQ KÜLƏ DÖNDÜ BAKIDA 3 OTAQLI EV YANARAQ KÜLƏ DÖNDÜ](/uploads/posts/2012-10/1350019728_ev-yanir.jpg)
YAXINLIQDAKI EVLƏRİ QORUMAQ MÜMKÜN OLUB
Bakıda 3 otaqlı ev yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.