KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 29-12-2024, 10:24 | Çap et
 Azərbaycana xaricdən idxal edilən kərə yağlarının qiyməti kəskin bahalaşıb. Alıcılar Sputnik Azərbaycan-a bildiriblər ki, 19 manata olan kərə yağlarının qiyməti 22-23 manata çatıb. Ölkədə istehsal edilən kərə yağlarının qiyməti isə endirimə düşüb. Bunu Sputnik Azərbaycan-a satıcılar da təsdiqləyib. İri supermarketlərdə satıcılar ölkəmizə idxal olunan kərə yağlarının qiymətinin son bir həftədir ki, üç-dörd manat civarında bahalaşdığını bildiriblər.
"Məsələn, Belarusiya istehsalı olan kərə yağlarının bir kiloqramı 20 manat idi. İndi həmin yağlar 22-23 manatdır. "Korovuşka" kərə yağı 20 manata satılırdı. Hazırda qiyməti 22 manatdır. Hətta xaricdən gətirilib ölkəmizdə qablaşdırılan kərə yağları da bahalaşıb. "West Gold"kərə yağının qiyməti 24 manat olub. "Golden Grown"kərə yağları 23 manata qədər bahalaşıb", deyə satıcılar bildirib.
Bəzi mağazalarda isə yeni il qabağı ölkədə istehsal olunan və qablaşdırılan kərə yağlarının qiymətinə endirimlər tətbiq edilib. Satıcılar bayramdan sonra endirimlərin başa çatacağını, kərə yağlarının endirimsiz qiymətə satışa çıxardılacağını söyləyiblər. Qeyd edək ki, bir neçə ay öncə satışda ən baha kərə yağı 25 manat idisə, hazırda bu qiymət 28-30 manatdır. İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda yerli yağ istehsalı ümumi tələbatın 10-15 faizini ödəmir. Yerli markalar adı altında satılan yağların çoxu da xaricdən gətirilərək ölkədə qablaşdırılır. "Dünyada da kərə yağının qiymətində artım var. İdxaldan asılılıq mütəmadi olaraq kərə yağının qiymətində bahalaşma ilə müşahidə olunur" - iqtisadçı deyib. Ekspert çıxış yolunun ancaq xaricdən yağ istehsalında asılılığı aradan qaldırmaq olduğunu söyləyib.
Kərə yağının ölkədəki əsas idxalçıları isə Sputnik Azərbaycan-a yağın bahalaşmasını idxal prosesinin "əl dəyişdirməsi" ilə əlaqələndiriblər. Bildiriblər ki, onların ölkəyə kərə yağı idxalı məhdudlaşdırılıb. Bazarın yeni iştirakçısı isə kərə yağını süni şəkildə bahalaşdırıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min ABŞ dolları dəyərində 22 min 204 ton kərə yağı idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 84.5% və ya 56 milyon 779 min ABŞ dolları, həcm baxımından isə 84.3% və ya 10 min 155 ton artıb. Belə ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycana 67 milyon 193 min ABŞ dolları dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub. Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 20.90 manat, yerli kərə yağının orta satış qiyməti isə 19.71 manat təşkil edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00 |
|
|
|
• İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58 |
|
|
|
• "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
|