'Papanin'də tikinti aparan şirkətin iş icraçısı həbs olundu - vətəndaşın evini qanunsuz sökdüyünə görə...
Tarix: 18-04-2025, 11:07 | Çap et
 Bakıda daha bir tikinti şirkətinin – paytaxtın "Papanin" adlanan ərazisində köhnə evləri söküb yerində çoxmərtəbəli binaların inşasıyla məşğul olan "Pilot 16" şirkətinin iş icraçısı həbs edilib. 66 yaşlı Əlisahib Əzizov vətəndaşın razılığı olmadan onun evinin sökülməsinə göstəriş verməkdə suçlanır.
Sözügedən ərazidəki sakinlərdən Məhbubə Quliyevanın "Novruzov qardaşları, 55" ünvanında yerləşən 68 kvadratmetrlik evi ondan xəbərsiz sökülüb. Həmin vaxt evdə sakinlərdən heç kim olmasa da, əşyalar dağıntı altında qalıb. Ekspertlərin hesablamasına görə, zərərçəkmiş M.Quliyevaya 61 min manat ziyan dəyib.
Ə.Əzizov əmlakı qəsdən məhv etmə (zədələmə), vəzifə yetkilərindən sui-istifadə kimi ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib. O, öncə həbs olunmasa da, uzun müddət istintaqı və məhkəməsi gedib. Bu ittihamlarla Nəsimi rayon Məhkəməsində fevralda ona 4 il şərti cəza verilib. Hakim zərərçəkmişə dəymiş 61 min manatlıq ziyanın ödənilməsindən ötrü bu məbləğin prokurorluğun depozit hesabına köçürüldüyünü nəzərə alıb.
"Sonra bildim ki, həmin ev söküləcək evlər siyahısında yoxdur" Təqsirləndirilən iş icraçısı ərazidəki sakinlərin çoxunun razılaşma ilə köçürüldüyünü, evlərin boşaldıldığını deyərək ekskavator sürücüsünə daha iki evin sökülməsi haqda göstəriş verib. Onun sözlərinə görə, M.Quliyevanın evinin söküntüsü başlayanda qonşulardan biri bu mülkün sahibiylə razılaşma olmadığını bildirib. Ardınca iş icraçısı söküntünün dayandırılmasına göstəriş verib: "Şirkətin hüquqşünası Nicat müəllimlə dəqiqləşdirəndən sonra bildim ki, həmin ev söküləcək evlər siyahısında yoxdur".
Qarşı tərəfsə onlarla şirkət arasında narazılığın uzun müddətdir sürdüyünə əsaslanaraq Ə.Əzizovun doğru danışmadığını düşünür və deyir ki, iş icraçısı bundan xəbərsiz ola bilməzdi. Evi sökülən sakinin fikrincə, Beyləqan rayonunda olduqları vaxt evlərini uçurmaqla onlardan qisas alıblar.
Zərərçəkmiş tərəf Ə.Əzizova şərti cəza verilməsi barədə Nəsimi rayon Məhkəməsinin hökmündən yuxarı instansiyaya şikayət etməsə də, prokurorluq apellyasiya protesti verib, şərti cəzanın ləğvini, onun həbsini tələb edib.
"Papanin" sakinlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində Ə.Əzizov haqqında əvvəlki hökm dəyişib və ona 4 il həbs cəzası verilib.
Xatırlatma Martın 28-də paytaxtın Yasamal rayonunda, Alatava adlanan ərazidə söküntü zamanı evin içində sakinlər olduğu halda, söküntü aparılmasına görə "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və ekskavator sürücüsü Qala Eynullayev də həbs edilmişdilər.
/AzadlıqRadiosu


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
|