
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar artıq iki həftədir Bakıda Uşaq Sığınacağı Reabilitasiya Mərkəzinə yerləşdiriliblər.
Mərkəzin rəhbəri Kəmalə Ağazadə bildirib ki, hazırda yeniyetmələr reabilitasiya prosesinə cəlb olunublar.
"Reabilitasiya yaxşı gedir, amma uzun çəkəcək".
Qeyd edək ki, Yardımlı rayonunda məktəbli qıza qarşı cinsi zorakılıq və fahişəliyə cəlb etmə cinayətləri törədilib. Aparılan istintaq çərçivəsində qızın anası da daxil olmaqla 4 nəfər həbs olunub. Uşaqların bioloji atası həyatda deyil. Qıza və qardaşına qəyyum təyin edilib.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.