
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlar zamanı Adampurdakı Hindistan aviabazasını sıradan çıxarıb.
APA xəbər verir ki, bu barədə “Geo TV” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
“Pakistan Hindistanın Adampur aerodromunu məhv edib”, - məlumatda deyilir.
“Samaa TV” isə Şrinaqardakı aviabazanın vurulduğu, Çandiqarhdakı silah anbarının məhv edildiyi ilə bağlı məlumat yayıb.