NƏQLİYYAT NAZİRİNİN FÖVQƏLARZULARI
Tarix: 9-11-2011, 14:38 | Çap et
ZİYA MƏMMƏDOVUN GİZLİ PROJESİNİN DETALLARI
DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədov hakimiyyətdəki mövqelərini möhkəmləndirdikcə iddiaları da artır. Əldə etdiyimiz məlumatlara görə, "Azal"ın prezidenti Cahangir Əsgərovla Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin(XDGİ) rəisi Aydın Bəşirovu küncə sıxışdıran nəqliyyat naziri artıq Bakı Metropolitenini də ələ keçirmək istəyir. Oxucuların diqqətinə çatdıraq ki, "Azal" və XDGİ Nəqliyyat Nazirliyinin tərkibində olsalar da, həm Cahangir Əsgərov, həm də Aydın Bəşirov hər zaman özlərini müstəqil aparıblar. Hətta o səviyyədə ki, Nazirlər Kabinetində İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirələrdə Cahangir Əsgərovla Aydın Bəşirov da nazirlərlə yanaşı əyləşib. Lakin oktyabrın 24-də dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə hər iki məmur görünmədi. Həm "Azal"ın, həm də XDGİ-nin fəaliyyəti ilə bağlı Ziya Məmmədov məlumat verdi. Bununla da aydın oldu ki, artıq nəqliyyat naziri rəqiblərinə yerini göstərə bilib.
Məlumatlarda deyilir ki, bundan sonra Ziya Məmmədov Bakı Metropoliteni ilə bağlı iddialarını "yuxarılar"ın diqqətinə çatdırıb. Nəqliyyat naziri metropolitenin rəhbərlik etdiyi qurumun tərkibinə daxil edilməsini nəqliyyatda vahid kart sistemilə əsaslandırıb. Nazir hesab edir ki, vahid kart sisteminə keçid metropolitenin də Nəqliyyat Nazirliyinin tərkibinə daxil edilməsi zərurəti yaradır. Xəbərdə deyilir ki, nəqliyyat naziri Ziya Məmmədov metronun onun başçılıq etdiyi nazirliyin tərkibinə verilməsinin zəruriliyinə prezidenti inandıra bilib və bu barədə qərarın tezliklə qəbul olunacağı gözlənilir.
Məlumata görə, nəqliyyat naziri metronu ələ keçirmək uğrunda çıxdan mübarizə aparırmış. Metro hazırda dövlət tərəfindən ayrılan dotasiyalarla işləsə də orada iri pullar dövr edir. Hər il yeni metro stansiyalarının tikintisi, yeni vaqonların ayrılması, köhnələrin təmiri üçün dövlət büdcəsindən iri həcmdə vəsaitlər ayrılır. Təkcə bu il üzrə dövlət investisiya proqramında Bakı Metropoliteninə 164 milyon 300 min manat vəsait ayrılması nəzərdə tutulub. Digər tərəfdən metro stansiyalarının keçidlərindəki ticarət köşkləri yaxşı gəlir mənbəyidir. Məlumdur ki, Bakıda Nəqliyyat Nazirliyi tərəfindən inşa edilən yeraltı keçidlərdəki ticarət mərkəzləri Z.Məmmədovun "ZQAN" şirkətinə məxsusdur. Bu şirkətə nazirin oğlu rəhbərlik edir. Həmin keçidlərdəki ticarət köşkləri yüksək qiymətlərlə icarəyə verilib. Ancaq metro stansiyalarında icarə haqları nisbətən aşağı olduğundan ticarətçilər ora axışır. Belə görünür ki, nəqliyyat naziri metronu da öz tabeçiliyinə keçirməklə stansiyaların giriş-çıxışında mövcud olan ticarət nöqtələrini də ələ alacaq. Bildirilir ki, Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinin tərkibinə verilməsinin zəruriliyini əsaslandırmaq üçün digər ölkələrin təcrübəsinə də istinad edilir. Məsələn, Rusiyada metropoliten Nəqliyyat Nazirliyinin tərkibindədir.
Bu günlərdə isə prezident tərəfindən Nəqliyyat Nazirliyinin tərkibində yeni Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaradılması barədə sərəncam verilib. Həmin xidmətin əsasnaməsindən məlum olur ki, o nəqliyyata dair demək olar bütün məsələlərin tənzimlənməsi ilə məşğul olan nəhəng qurum olacaq. Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinin tərkibinə verilməsi isə bu nazirliyi daha da "şişirdəcək". Beləliklə də ölkədə FHN-dən sonra yerin altına və üstünə, havaya və quruya nəzarət edən yeni super-nazirlik meydana çıxacaq.
Bakı Metropoliteninin Ziya Məmmədovun nəzarətinə verilməsi nəqliyyat nazirinin biznes imperiyasının həddən artıq böyüməsi demək olacaq. Çünki bu gün metro həm də iri biznes strukturudur. Təkcə metronun əhəmiyyətli reklam bazarı olması milyonlarla manat gəlir deməkdir. Biz hələ onun keçidlərinin ticarət mərkəzlərinə çevrilməsini demirik.
Nəqliyyat nazirinin metor sevdası isə yeni yaranan istək deyil. Nazir əvvəllər də öz nəzarətində olmayan metropolitenin işlərinə müdaxilə edib. Böyük layihələrin icraçısı və həmçinin bu layihələrdə böyük korrupsiyalara imza atan nəqliyyat naziri Ziya Məmmədov yüzminlərlə insanın rahatlığını təmin edəcək bir layihəyə son qoyub. Səbəb yenə də nazirin biznes maraqları olub. Söhbət Bakı-Sumqayıt metropoliten xəttindən gedir. Bakı Metropolitenin rəisi Tağı Əhmədov 2008-ci ildən əvvəl Sumqayıta metro xəttinin çəkilməsi ilə bağlı fikir bildirmiş, 2008-ci ildə belə bir layihənin olmadığını, 2009-cu ilin noyabrında isə metro xəttinin Avtovağzaladan Xırdalana, Xırdalandan Sumqayıta olacağını demişdi. Amma sonradan məlum oldu ki, Sumqayıt və aeroport istiqamətində metro xətti çəkilməyəcək. Metropoliten rəhbərliyi bunu müxtəlif bəhanələrlə əsaslandırsa da əslində adıçəkilən metro xətlərinin ləğv edilməsinin arxasında başqa məqamlar durur. Belə ki, metro stansiyalarının sayının artırılması Ziya Məmmədovu ciddi narahat etməyə başlayıb. Nəqliyyat nazirinin narahatlığına səbəb olan amil isə metronun onun avtobuslarının sərnişinlərini azaldacağıdır. Məsələ ondadır ki, istər bütövlükdə ölkədə, istərsə də paytaxtda avtobus-marşrut xidmətləri məhz Z.Məmmədovun inhisarındadır. İctimai nəqliyyat xidməti göstərən bütün şirkətlər nazirin oğlu Anar Məmmədovun kurasiyasındadır. Bir sözlə, nəqliyyat sektorunun rəsmi və qeyri-rəsmi yeganə sahibi Z.Məmmədovdur. Belə olan halda daha ucuz və sərfəli nəqliyyat növü olan Bakı Metropoliteninin öz stansiyalarının sayını artırması təbii ki, nəqliyyat nazirinin maraqlarına uyğun deyil.
Məlumatlara görə nazir hələ metronun Beynəlxalq Avtovağzala qədər uzanmasına etiraz edirmiş. Yeni tikilməyə başlayan "Avtovağzal" metro stansiyası iki məmuru üz-üzə qoyub. Xəbəri redaksiyamıza verən mənbənin sözlərinə görə, Beynəlxalq Avtovağzala çəkilən metro hələ avtovağzal inşa edilən zaman tikilməli imiş. Lakin nəqliyyat naziri Ziya Məmmədov buna qarşı çıxıb və proses dayanıb. Bir neçə ildən sonra isə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov arzusunu reallaşdıra bilib. "Avtovağzal" metro stansiyasının tikilməsi nəqliyyat nazirini külli miqdarda qazancdan məhrum etmiş olacaq. Bunu gözəl başa düşən Z.Məmmədov Bakı-Sumqayıt metro xəttinin tikintisini dayandırmaqla növbəti biznes zərbəsindən yayınmış olur. Amma nəticədə zərbə yenə sadə vətəndaşa dəydi...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|