![QUBADA 49 YAŞLI KİŞİ ÖZÜNÜ YANDIRDI QUBADA 49 YAŞLI KİŞİ ÖZÜNÜ YANDIRDI](/uploads/posts/2012-11/1352095517_yandirdi.jpg)
O, İNTİHARDAN ƏVVƏL MƏKTUB YAZIB
Quba sakini özünü yandırıb.
Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.
Hadisə rayonun Çiçi kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Rəhim Nəzərpaşa oğlu Süleymanov yaşadığı evdə özünü yandırıb. Mərhum intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, özü-özünü yandırdığını qeyd edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.