İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                 

AMERİKALININ BAKIDAKI ŞOK FIRILDAQLARI
Tarix: 15-11-2012, 12:19 | Çap et
AMERİKALININ BAKIDAKI ŞOK FIRILDAQLARI
İHSAN MƏTİN ADLI ŞƏXS KİMLƏRƏ NECƏ TORBA TİKİB?

DİA.AZ: - Bu günlərdə türk əsilli Amerika vətəndaşından redaksiyamıza Azərbaycan Milli Məclis üzvlərindən biri haqqında şikayət daxil olduğunu, eyni zamanda Amerika vətəndaşının həmin şikayəti Amerika senatına, Amerika Konqresinə və Türkiyə Böyük Millət Məclisinə də ünvanladığını yazmışdıq. Həmin məktubda 20 ilə yaxın bir müddət ərzində Bakıda yaşamış türk əsilli memar İhsan Mətin özünün təhdidlərə məruz qalması və ondan əsassız olaraq külli miqdarda pul tələb olunması barədə iddia irəli sürürdü. Ihsan Mətin tərəfindən redaksiyamıza daxil olan məktubda deputata qarşı ciddi iradlar irəli sürüldüyündən bu faktları araşdırmaq istiqamətində peşəkar jurnalist həyəcanımız da çox yüksək idi. Məktubda göstərilmiş faktları yoxlamaq üçün DİA.AZ olaraq həm hüquq-mühafizə orqanlarına, həm də adı çəkilən Milli Məclis üzvünə müraciət edərək xarici vətəndaşın iddialarına aydınlıq gətirilməsini xahiş etdik. Verilən cavablar o qədər də geniş və ətraflı olmasa da baş verənlərə müəyyən qədər işıq sala bildi. Bu hadisələrdə adı çəkilən və sonradan məlum olduğu kimi, baş verən olayların əsas fiqurlarından biri olan Dadaş Rzayev adlı iş adamı ilə görüşdükdən sonra isə baş verən hadisələrin və daha doğrusu, baş vermiş cinayətin əsl mahiyyətini açmağa müvəffəq olduq.

Əslində nə baş verirmiş?

Orta biznes təbəqəsinə mənsub olan həmyerlimiz Dadaş Rzayev adlı iş adamı uzun illərdir Sankt-Peterburqda böyük bizneslə məşğul olan qardaşının maliyyə dəstəyi ilə özünə məxsus olan torpaq sahəsində kiçik həcmli bir mehmanxana tikdirmək və özünün dediyi kimi, özündən sonra övladları üçün vərəsəlik bir mülk və həm də sabit bir gəlir mənbəyi təmin etmək istəyib. Belə bir layihəni reallaşdırmaq üçün hər iki qardaş qohumluq əlaqələri olan MM üzvünə müraciət edərək ondan məsləhət almaq istəmişlər. Sonuncu da öz növbəsində qardaşların biznes layihəsinə yardımçı olmaq məqsədilə çoxdan tanıdığı türk əsilli memar İhsan Mətinlə onları tanış etmiş və layihə-tikinti işlərini onunla görməyi məsləhət bilmişdir. Müzakirə olunan biznes ideyasına uyğun tikinti-eskiz layihələrini qısa bir zamanda hazırlayan memar İhsan Mətin iki il ərzində mehmanxana binasının tikintisini aparmış və bu ilin yayından etibarən isə işlərin gedişi tədricən yavaşıyaraq hal- hazırda yarımçıq qalmışdır. Avqust ayından etibarən isə memar iki-üç

günlüyə İstanbula səfər edəcəyini bəhanə gətirərək Bakını birdəfəlik tərk etmişdir. Bütün sentyabr ayını tikinti üçün cavabdeh olan memarın axtarışına həsr etmiş qardaşlar nəhayət memar İhsan Mətinlə işləməyi məsləhət bilmiş qohumu MM üzvünə müraciət edərək onun vasitəsilə memarı tapmağa çalışmışlar. MM üzvü də vaxtilə qohumlarına tövsiyyə etdiyi İhsan Mətinlə əlaqə yarada bilmədikdə hüquq-mühafizə orqanlarına rəsmi müraciət edərək zərər çəkmiş iş adamlarına hüquqi yardım göstərilməsini xahiş etmişdir.

AMERİKALININ BAKIDAKI ŞOK FIRILDAQLARI

Bundan xəbər tutan İhsan Mətin daha hiyləgər gediş edərək, ilk növbədə MM üzvünü bu məsələlərdən uzaq durmağa məcbur etmək məqsədi ilə onun özünü şantaj etmək qərarına gəlmişdir. Bu məqsədlə memar onunofisində işlıəyən bakılı köməkçisinin vasitəsilə əvvəlcə deputatın özünə rus dilində anonim şantaj məktubu göndərilməsini təşkil etmişdir. Hüquq-mühafizə orqanlarında İhsan Mətinin tikintiyə xərclənməli olan külli miqdarda vəsaiti mənimsəyib qaçması ilə əlaqədar cinayət işi açıldığını və podratçı şirkətlərlə bağlanmış müqavilələrin komputer texnikasının vasitəsilə saxtalaşdırılmasının sübut olunduğunu biləndən sonra İhsan Mətin çıxış yolunu qaçıb gizlənməkdə və gizləndiyi yerdən elektron poçt vasitəsilə şantaj əməliyyatına başlamaqda görmüşdür. (Burada adamın yadına lap Bin-Ladenin özü düşür.)

İhsan Mətinin qeyb olması haqqında xəbər tikintini icra edən podratçı şirkətlərin Tükiyədə yerləşən baş ofislərinə çatdıqda onlar da İhsan Mətinin axtarışına başlamışlar. Lakin onların da bu cəhdi boşa çıxıb, belə ki, avqust ayına qədər onlarla tez-tez görüşən memar artıq onların telefon zənglərinə belə cavab vermək istəmirmiş. Bu ana qədər icra etdikləri tikinti işlərinin pulunu almağa çalışan şirkət sahibləri dərhal Bakıya gəlmiş, sifarişçi ilə onlara çatacaq pulların taleyini müzakirə etmək istəmişlər. İhsan Mətin tərəfindən “mədəni şəkildə” qarət olunmuş iş adamı isə öz növbəsində Türkiyədən təşrif buyurmuş icraçı firmaların sahiblərini polis idarəsinə dəvət etmiş və İhsan Mətinin tapılaraq icraçı şirkətlərə ödəmək üçün aldığı pulların məhz bu şirkətlərə ödənməli olduğunu bildirmişdir.

AMERİKALININ BAKIDAKI ŞOK FIRILDAQLARI

Polisə ifadə verən AİEMEK, SOM İnşaat və Deep Blue İnternational şirkətlərinin sahibləri onların əlində olan, İhsan Mətinlə bağladıqları müqavilələri polisə təqdim edəndə İhsan Mətin tərəfindən bu müqavilələrin doğrudan da saxtalaşdırılması və şişirdilmiş rəqəmlərlə Sifarişçiyə təqdim edilməsi yolu ilə külli miqdarda vəsaitin oğurlanması faktı bir daha öz təsdiqini tapmışdır. O da aşkar olunmuşdur ki, İhsan Mətin nəinki sifarişçinin pulunu alaraq işi yarımçıq qoyub qaçmış, və həm də indiyədək tikinti işlərini həyata keçirən türk firmalarının da pullarını tam ödəməmişdir. Son məlumatlara görə hal-hazırda Türkiyədə də hüquq-mühafizə orqanları İhsan Mətinin axtarışına qoşulmuşlar. Hələlik onun özünü tapa bilməsələr də İstanbulda, dəniz kənarındakı füsunkar yerlərdən birində son bir il ərzində aldığı üç müxtəlif torpaq sahəsini tapa bilmişlər. Ehtimal olunan da budur ki, İhsan Mətin bu torpaq sahələrini məhz Azərbaycanlı iş adamının puluna, yəni yarımçıq qoyub qaçdığı tikinti layihəsindən oğurladığı pullarla alıb.

Bir neçə gün öncə İhsan Mətindən həyəcanlı məktubu alanda biz “ təzyiq və təhdidlərə məruz qalan” türk qardaşımızı müdafiə etməyə, ona yardımçı olmağa tələsdik. Araşdırmalardan sonra gəldiyimiz nəticə isə ondan ibarətdir ki, İhsan Mətin Azərbaycanda yaşadığı iyirmi il ərzində cəmi bircə atalar sözü öyrənibmiş: ”Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Lakin memar cəmi bir atalar sözü öyrənibmiş. O bilməyib ki, Azərbaycanda başqa bir məşhur atalar sözü də var: “Oğurluqla adını çəkə bilməyəcəyimiz başqa bir əməlin ömrü cəmi qırx gün çəkər”. Uzağı qırx gündən sonra bu cür əməllər adətən hamıya məlum olur. Bizə də məlum olan hələlik bunlardır. Hadisələrin sonrakı gedişini izləyəcəyik, lakin türk polisinin də bu işə qarışması onu göstərir ki, tezliklə İhsan Mətin hadisələrin cərəyan etdiyi qardaş ölkənin paytaxtına - yəni Bakıya gətirilə bilər. Hadisələrin nə cür nəticələnəcəyindən asılı olmayaraq biz oxucularımıza ətraflı məlumat verəcəyik.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru