QİYAMÇI MİLYARDERLƏRƏ QARŞI DAHA BİR AÇIQLAMA
Tarix: 23-11-2012, 09:33 | Çap et
"ONLARIN YARARLI OLACAĞINI DÜŞÜNMÜRƏM""Rəsmi Bakının Qarabağ məsələsində neftdən silah kimi istifadə etmək cəhdləri heç bir nəticə vermədi. Təəssüf ki, rəsmi Bakının Qarabağ siyasətində alternativ imkanlar işlənib hazırlanmayıb". Bunu SalamNews-a müsahibəsində “Azadlıq” radiosunun Azərbaycan xidmətinin keçmiş rəhbəri, hazırda Almaniyada yaşayan tanınmış jurnalist Mirzə Xəzər deyib.
- Azərbaycan mediasını izləyirsinizmi, ümumiyyətlə, ölkədə söz və mətbuat azadlığının səviyyəsini necə qiymətləndirirsiniz?
- Hakimiyyət mətbuata qalib gəlib. Mətbuatın azadlığını və müstəqilliyini məhdudlaşdıra bilib. Bu gün faktiki olaraq mətbuat hakimiyyətin cıdığı çərçivəyə sıxışdırılmış haldadır. Prezident Administrasiyası məqsədinə nail olmaq üçün bir neçə metoddan istifadə edib. Birinci metod, cəsur jurnalistləri təqib və təzyiqə məruz qoyaraq, bəzi hallarda həbsə ataraq susdurmaqdır. İkinci metod, maliyyə imkanları məhdud olan qəzetləri, portalları maddi yardım və reklam təklifləri ilə şirnikdirərək onları cilovlamaq, hakimiyyətin istədiyi istiqamətə yönəltməkdir. Üçüncü metod, dövlət və hökumət orqanlarını bürüyən korrupsiya xəstəliyini, bilərəkdən, qərəzlə, mətbuata yaymaqdır. Belə vəziyyətdə mətbuatın nə azadlığı qalar, nə də müstəqilliyi.
- Rusiyada yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı barəsində nə deyə bilərsiniz?
- Bu barədə iki dəfə şərh yazmışam. Mən bu, necə deyərlər, “milyarderlər” ittifaqına ciddi yanaşmıram. İnanmıram ki, milyardlarını SSRİ dağılan anlarda hərc-mərclikdən istifadə edərək “qazanan” insanlar öz variatını riskə atsınlar. Bu, necə deyərlər, “milyarder”lərin Azərbaycanda demokratik cəmiyyət yaratmaq üçün hansısa fədakarlığa hazır olduqlarını da düşünmürəm. İttifaqın yaranan kimi dağılması, buna sübutdur. Bizim “milyarder”lərin o biri xalqların milyarderlərindən böyük fərqi var. Bizimkilər üçün əvvəlcə pul və şöhrət gəlir...
- Siz hazırda Almaniyada yaşayırsınız. Bu ölkənin Azərbaycana münasibəti necədir?Beynəlxalq təşkilatlarda almaniyalı deputatların ölkəmiz haqqında söylədiyi fikirlərə münasibətiniz necədir?
- Mənim alman deputatları ilə əlaqəm yoxdur. Lakin onların mətbuatda çıxan bəyanatları ilə tanışam. Onların bəyanatlarına qiymət verə bilmərəm. Amma unutmamaq lazımdır ki, alman deputatların Azərbaycan haqqında söylədikləri Azərbaycanda fəaliyyət göstərən insan hüquqlarını müdafiə təşkilatlarının, qeyri-hökumət təşkilatlarının hesabatlarına və məlumatlarına əsaslanır. Bəzi hallarda isə bu məlumatlar Almaniyanın Bakıdakı səfirliyi vasitəsilə Berlinə gəlir.
- Regionun ən böyük problemi - Dağlıq Qarabağ münaqişəsinin 20 ildir həll olunmamasının səbəbi nədir?
- Münaqişənin həll olunmamasının bir çox səbəbi var. 1994-cü ildə Bişkək sazişi bağlanandan sonra, 18 ildir Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn səylər bəyanatbazlıqdan o yana getmir. Bununla yanaşı, münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu 18 ildir yerində sayır və fikrimcə, hələ uzun zaman yerində sayacaq. Bu, böyük ədalətsizlikdir. Bir dövlətin ərazisi qonşu dövlət tərəfindən işğal edilir və dünya buna biganə yanaşır. Amma hesab edirəm ki, yalnız dünyanı qınamaq haqsızlıq olar. Rəsmi Bakının yeritdiyi Qarabağ siyasəti də süstlüyü ilə fərqlənir. Rəsmi Bakının Qarabağ məsələsində neftdən silah kimi istifadə etmək cəhdləri heç bir nəticə vermədi. Təəssüf ki, rəsmi Bakının Qarabağ siyasətində alternativ imkanlar işlənib hazırlanmayıb. Bu səbəbdən artıq 9 ildir hakimiyyət xəyalpərəstliyi ilə fərqlənən nikbin bəyanatlarla ictimaiyyəti sakitləşdirməyə çalışır. Belə siyasət xeyirdən çox, zərər gətirir. Qeyri-real müharibə bəyanatlarının təkrar-təkrar səsləndirilməsi Bakının niyyətlərinin ciddi olmadığını nümayiş etdirir. Ermənilər bunu başa düşürlər və gün keçdikcə daha da həyasızlaşırlar.
- İsrail və Fələstin arasında son vaxtlar yaşanan gərginliklər barədə nə deyə bilərsiniz. Bu məsələdə Azərbaycanın tutduğu mövqe sizi qane edirmi?
- Son vaxtlar İsrail ilə Fələstin, dəqiq deyilsə, Qəzzədəki HƏMAS rejimi ilə yaşanan gərginliyin kökündə əzəli bir məsələ durur. Bu məsələ, İsrailin mövcudiyyəti məsələsidir. HƏMAS Hizbullah, İslami Cihad və əsas etibarilə İranın maddi və mənəvi himayəsinə arxalanan radikal təşkilatlar İsraili xəritədən silmək üçün əlləşirlər. Bu fikir gizlində deyil, media vasitəsilə açıq bəyan edilir. İsraili xəritədən silmək çox asandır. İstənilən şəxs gedib bir xəritə alar və istədiyi ölkəni xəritədən silə bilər. Bunun üçün silahlı mübarizəyə ehtiyac yoxdur. Lakin, məqsəd İsrail dövlətinin yer üzündən silməkdir. Nəcib arzudur, bəlkə bir gün bacararlar, amma indilik bir az çətin işdir. 6-7 milyon əhalisi olan dövləti yox etmək elə də asan deyildir.
Son gərginliyə gəldikdə deyim ki, bu raket atışması hər iki tərəfdə mülki əhaliyə ağır günlər yaşadır. Mənim İsraildə 100-150 qohumum, o cümlədən bacılarım və qardaşlarım var. Təbiidir ki, onların vəziyyəti üçün, həyatı üçün nigaranam. Ancaq mən o biri tərəfin vəziyyətinə, ağrılarına anlayışla yanaşıram. Mən öz qohumlarım üçün nigaranamsa, hansısa bir ərəbin Qəzzədəki qohum-əqrabasının həyatı üçün nigaran qalması təbiidir. Bu sərsəmlik bir an əvvəl bitməlidir. Nə ərəblər israilliləri qova biləcək, nə də israillilər ərəbləri. İkisi də yanbayan yaşayacaqlar. Sülh içində yaşasalar hamı üçün yaxşıdır.
Azərbaycanın bu məsələdə tutduğu mövqe ağıllı mövqedir. Azərbaycan İranın təzyiqlərinə baxmayaraq, ərəb dövlətləri ilə yanaşı, İsraillə münasibətləri davam etdirməsi ən məqul siyasi xəttir və məni qane edir. Azərbaycan müstəqil dövlət kimi müstəqil xarici siyasət yeritməkdə davam etməlidir.
- Bu yaxınlarda Milli Məclis “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edərək cərimələri 30 dəfəyədək artırdı. Sizcə, bu, nə dərəcədə ədalətlidir?
- Burada ədalətdən söhbət gedə bilməz. Azərbaycanda irtica güclənir və bu dəyişikliklər ölkədə mürtəce diktaturanın güclənməsinə gətirib çıxarır. Diktatura gücləndikcə, xalqın hüquqları əlindən alınır və millət itaətkar kütləyə çevrilir. Milləti özünü hakimiyyətin zülmündən xilas etmək üçün hər fürsətdən, hər imkandan məhrum edirlər. Bunun axırı yaxşı olmayacaq…
- Siz uzun müddət Azadlıq radiosunda çalışmısınız. Maraqlıdır hazırda Mirzə Xəzər bu radionu fəaliyyətiniz izləyirmi? Əlaqələri mövcuddrmu?
Mən bu radionun fəaliyyətini izləmirəm. Əlaqələr də mövcud deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
|