![BAKI-ŞAMAXI YOLUNDA MAŞIN AŞIB BAKI-ŞAMAXI YOLUNDA MAŞIN AŞIB](/uploads/posts/2012-12/1355292277_01.jpg)
QƏZA NƏTİCƏSİNDƏ SÜRÜCÜ XƏSARƏT ALIB
Bakı-Şamaxı yolunda maşın aşıb, sürücü xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gecə Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 82-ci kilometrliyində vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili aşıb.
Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü xəsarət alıb və avtomobildə köməksiz vəziyyətdə qalıb.
Xəsarət alan şəxs yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan yanğın təhlükəsini aradan qaldırmaq üçün yanğınsöndürənlər tərəfindən soyutma işləri aparılıb. Əməliyyat saat 03:30-da başa çatıb.