![BIÇAQLANAN GƏNC CANİNİ GİZLƏDİR BIÇAQLANAN GƏNC CANİNİ GİZLƏDİR](/uploads/posts/2012-12/1355379240_01.jpg)
BİNƏQƏDİ SAKİNİ ÖZÜ ÖZÜNÜ BIÇAQLADIĞINI DEYİR
Bakıda 30 yaşlı gənc bıçaqlanıb.
Binəqədi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 1982-ci il təvəllüdlü Sənan Şükürov 8-ci mikrorayon, S.Axundov küçəsi, 4 ünvanından bir neçə bıçaq xəsarətləri ilə Kliniki Tibbi mərkəzə gətirilib.
Şükürov ilkin ifadəsində özü-özünə bıçaq xəsarətləri yetirdiyini bildirib. Faktla bağlı idarədə cinayət işi başlanıb.
Hadisənin Şükürov, yaxud başqası tərəfindən törədildiyi müəyyənləşdirilir.