![GÜLƏR ƏHMƏDOVANIN SƏHHƏTİNDƏ YENİDƏN PROBLEMLƏR YARANIB GÜLƏR ƏHMƏDOVANIN SƏHHƏTİNDƏ YENİDƏN PROBLEMLƏR YARANIB](/uploads/posts/2013-01/1357556727_09.jpg)
KEÇMİŞ DEPUTATIN SƏHHƏTİ TƏHLÜKƏDƏ
Keçmiş millət vəkili Gülər Əhmədovanın səhhətində yenidən problemlər yaranıb.
Bu barədə APA-ya açıqlama verən G. Əhmədova bildirib ki, hazırda evdə müayinə altındadır: “Ürək ağrılarından əziyyət çəkirəm. Eyni zamanda beyindaxili qan dövranında da problemlər var”.
G. Əhmədova istintaqın gedişatı ilə bağlı hələlik hər-hansı bir yeniliyin olmadığını bildirib: “İstintaq gedir və hələlik heç bir yenilik yoxdur”.
G. Əhmədova bir müddət əvvəl dünyasını dəyişən Sevinc Babayevanın oğlunun onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib: “Mən onunla polemikaya girmək istəmirəm. Çünki nə mənim səviyyəm, nədə ki mənim yaşım buna yol vermir. Onunla vəkilim məşğul olur”.
G. Əhmədova vəkil tutduğunu bildirsə də, onun adını açıqlamayıb: “Vəkilimin mətbuatda adının hallanmasını istəmirəm”.