![XIRDALANDA BİR NEÇƏ AYIN GƏLİNİ ÖZÜNÜ ASDI XIRDALANDA BİR NEÇƏ AYIN GƏLİNİ ÖZÜNÜ ASDI](/uploads/posts/2013-01/1357801605_0001.jpg)
İNTİHARIN SƏBƏBLƏRİ MƏLUM DEYİL
Ötən gün axşam saatlarında Xırdalan şəhərində 22 yaşlı qadın intihar edib.
DİA.AZ bildirir ki, Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir neçə ayın gəlini olan 1990-cı il təvəllüdlü Ləman Cəfərova özünü asıb.
Onun meyidi evdə ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.