![DAŞKƏSƏNDƏ MAŞIN QAR ÇOVĞUNUNA DÜŞDÜ DAŞKƏSƏNDƏ MAŞIN QAR ÇOVĞUNUNA DÜŞDÜ](/uploads/posts/2013-01/1358491186_01.jpg)
2 NƏFƏR KÖMƏKSİZ QALIB
Daşkəsən rayonu, Qaraqollar kəndində “UAZ” markalı minik avtomobili gecə saatlarında qar çovğununa düşüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avtomobil yoldan çıxıb və içərisində olan 2 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər həmin avtomobili təhlükəsiz əraziyə çıxarıb.
Maşının sürücü və sərnişini Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər. Əməliyyat saat 01:28 radələrində başa çatıb.