![KORRUPSİYA ŞİKAYƏTLƏRİNİN SAYI ARTIB KORRUPSİYA ŞİKAYƏTLƏRİNİN SAYI ARTIB](/uploads/posts/2013-01/1358921170_01.jpg)
BAŞ PROKURORLUQDA HESABAT ANI
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil olub. Trend-in məlumatına görə, bunu İdarənin rəisi Kamran Əliyev cümə günü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Həmin müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılmaqla istintaq aparılıb, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Əliyev qeyd edib ki, "Qaynar xətt"ə daxil olan zənglərin sayı artıb.